Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Oğlu anasını qətlə yetirdi –Mingəçevirdə dəhşət

 

qanli el

Mingəçevir şəhərində baş vermiş ölüm hadisəsinin bəzi təfərrüatları məlum olub.

Yenixeber.org:   1967-ci il təvəllüdlü Kəmalə Məhərrəmova təqribən axşam saat 20:00 radələrində Şah İsmayıl Xətai küçəsi 10, mənzil 3-də ölü tapılıb.

Hadisə yerinə şəhər Polis şöbəsinin əməkdaşları, təhqiqatçı və kriminalistlər cəlb olunub. Mənzildə araşdırma və təhqiqat işləri aparıldıqdan sonra meyit “təcili tibbi yardım” maşını ilə tibbi ekspertiza laboratoriyasına aparılıb. Mərhumun ailə üzvləri və yaxınlarının mənzilə girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.

Əldə edilən məlumata görə, müəmmalı şəkildə ölü vəziyyətdə aşkar edilən Kəmalə Məhərrəmova uzun müddət əczaçılıqla məşğul olub. Həyat yoldaşı Əlövsət Məhərrəmovu təxminən 5 il öncə itirən qadının 3 oğulu var. Hadisə qeydə alınan zaman onlardan ikisinin evdə olmadığı bildirilir. Ümumiyyətlə ailədə elə bir ciddi problemin yaşanmadığı qeyd olunur.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

***

Mingəçevir şəhərində oğlu tərəfindən öldürüldüyü ehtimal edilən qadının adı məlum olub.

Məlumata görə, bu, 1967-ci il təvəllüdlü Kəmalə Məhərrəmovadır.
O, yaşadığı evdə qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarından “Report”un yerli bürosuna verilən məlumata görə, hadisənin qadının oğlu Nail Məhərrəmov tərəfindən törədildiyi ehtimal edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam