Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

"2.5 ay daha səbrli olun, inşallah nəticə yaxşı olacaq" -FETÖ hədələdi

 

Türkiyədə Fətullahçı Terror Qruplaşması (FETÖ) ilə mübarizə davam edərkən həbsdə olan qruplaşma üzvlərinin öz aralarında xəbərləşmə cəhdlərinin qarşısının alınması üçün də tədbirlər görülür.

Yenixeber.org:   Bu cür tədbirlər həm məhkumların həbsxanada müxtəlif üsullarla bir-birləri ilə xəbərləşməsinə qarşı, həm də məhkəmə proseslərində təmas qurmasına qarşı aparılmasına baxmayaraq FETÖ-çülər bəzi addımlar atmağa müvəffəq olurlar.

Türkiyə mətbuatına istinadən xəbərə görə, Tekirdağ vilayətindəki “F” tipli həbsxanasında FETÖ məhkumlarının qaldığı kameralar arasında qəribə bir qeyd ələ keçirilib. Qeyddə qruplaşma üzvlərinə “ümid” verilərək bir daha səbrli olmaları tələb edilib.

“Dərnək və digər ittihamlar barədə heç nəyi qəbul etmə. Vəkillərin dediklərinə etibar etmə. Danışanlar daha sonra problemlə üzləşə bilərlər. Digər yoldaşların da qənaətləri bu istiqamətdədir. 2.5 ay daha səbrli olun. İnşallah nəticə yaxşı olacaq. Bu barədə fikirlərini ad bildirmədən bizə göndər. Digər vəkillər də bu fikirdədir…” – deyə ələ keçirilən qeyddə bildirilir.

Ələ keçirilən digər qeyddə isə həbsdən buraxılmaq barədə yazılıb: “Qeydiniz çatdı, bizim vəkillər də 2-ci məhkəmədə azadlıq olacaq deyirlər. Raskol necəsən? Hamıya salam, sizdən xəbər varmı?”

Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə uğursuz hərbi dövlət çevrilişi cəhdi olub. Türkiyəli keçmiş din xadimi Fətullah Gülən həmin dövlət çevrilişi cəhdinə liderlik etməkdə ittiham edilərək onun və ona yaxın bir çox insan barəsində məhkəmə iddiası qaldırılıb.

F. Gülənə dəstək verməkdə ittiham edilən çox sayda insan saxlanılıb və onların barəsində istintaq davam edir.

Qruplaşmanın lideri Fətullah Gülən isə ABŞ-ın Pensilvaniya ştatında yaşayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam