Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Elə fikirləşməyin ki, erməni kəşfiyyat agentləri ifşa olunubsa, sakit duracaq” -Təhlükəsizlik məsələləri üzrə ekspert

Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları hər zaman Azərbaycana qarşı təxribat fəaliyyətini davam etdirir.

Yenixeber.org:  Təəssüf ki, bu prosesdə dövlətinə xəyanət yolunu tutanlar da var. Buna baxmayaraq Azərbaycan tərəfi hər zaman erməni kəşfiyyatının genişmiqlaslı təxribatının qarşısını almağı bacarıb. Elə bu yaxınlarda baş tutan əməliyyat buna nümunədir.

Şübhəsiz ki, ermənilərə işləyən azərbaycanlılardan ibarət məxfi şəbəkənin ifşası Ermənistan kəşfiyyatına təsirsiz ötüşməyəcək. Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Modern.az-a açıqlamasında bildirib ki, təxribatların qarşısı alınsa da, Azərbaycan tərəfi həmişə ayıq olmalıdır. Onun sözlərinə görə, keçirilən  əməliyyatların  Ermənistan kəşfiyyatına elə də böyük təsiri yoxdur:

“Bilirsiniz ki, müəyyən ölkələrin qarşılıqlı olaraq həyata keçirdiyi kəşfiyyat tədbirləri həmişə olub. O cümlədən, Azərbaycan və Ermənistan tərəfinin də… Bu günlərdə aşkarlanan təxribat əslində çox məyusedici hal idi. Hər halda bunu erməni kəşfiyyatına zərbə hesab etmək olar. Amma məsələ bununla  bitmir. Kəşfiyyat elə işdir ki, agentin,  gizli mənbənin nə vaxtsa ifşa olunması və ya aşkarlanması gözləniləndir. Yəni bu iş dayanmır və davam edir. Eyni zamanda,  Azərbaycan tərəfi də kəşfiyyat əməliyyatlarını  dayandırmamalıdır.  Elə fikirləşməyin ki, erməni kəşfiyyat agentləri ifşa olunubsa,  sakit duracaqlar. Və ya erməni kəşfiyyatının zəifləyəcəyini düşünmək də olmaz. Onlar yeni mənbələr  müəyyən etmək üçün axtarışa çıxacaq. Bu mənada  Azərbaycan tərəfi ayıq olmalıdır. Kəşfiyyat təkcə cəbhə xəttində olmur. Hər yerdə kəşfiyyat aparılır. Biz əks-kəşfiyyat tədbirlərini gücləndirməli, əməliyyat şəraitinə düzgün nəzarət etməliyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam