Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Türk zabiti ABŞ medalını rədd etdi –ŞOK SƏBƏB

 

Türkiyənin İncirlik hərbi bazasında vəzifəli olan türkiyəli zabit ABŞ tərəfindən verilən medalı qəbul etməyib.

Yenixeber.org:  Yerli mətbuata istinadən xəbərə görə, türk zabit medalı verən ölkənin (ABŞ) terror qruplaşması YPG ilə əməkdaşlıq etdiyini, bu səbəbdən də medalı qəbul edə bilməyəcəyini deyib.

Məlumata görə amerikalı polkovnik Kevin Leahy, Suriyada İŞİD-lə mübarizə zamanı göstərdiyi rəşadətə görə Xüsusi təyinatlı türk zabiti medal və fəxri fərmanla təltif edib. Bu məqsədlə İncirlik hərbi bazasında xüsusi mərasim də təşkil edilib.

Medalın təqdim edilməsindən sonra türk zabit protokola uyğun olaraq çıxış edib. Çıxış vaxtı zabitin dediyi sözlər tədbir iştirakçıları üzərində şok effekti yaradıb.

“Sizə qarşı kobudluq etmək istəməzdim. Amma bu medalı qəbul etməyim mümkün deyil. Çünki bu medalı verənlər mənim düşmənim olan YPG (Separatçı PKK terror qruplaşmasının Suriya qolu) ilə əməkdaşlıq edir. Qürurum bu medalı qəbul etməyə izn vermir!” – deyə türk zabit bildirib.

Medalı və fəxri fərmanı masaya qoyan türk zabit zalı tərk edib. Hadisənin yayılmasından sonra Türkiyənin bir çox hərbi hissəsindən xüsusi təyinatlı türk zabitə dəstək və təbrik mesajları göndərilib.

Yerli xəbər mənbələrindən biri həmin türk zabitin polkovnik Orkun Özeller olduğunu öyrənib. Həmçinin bildirilir ki, Özeller 14 il əvvəl 4 alman hərbçisinə tək başına müqavimət göstərməsi ilə də gündəmə gəlib. Hadisə 2003-cü ildə Kosovoda baş verib. O dövrdə Kosovoda sülhməramlı qüvvələrin tərkibində kapitan rütbəsində olan O. Özeller Prizren şəhərində 4 alman hərbçi tərəfindən saxlanılıb. Türk zabitin silahını almağa və onu maşına mindirib aparmağa cəhd edən alman hərbçilərlə Özeller arasında dava düşür. Almanlara müqavimət göstərən türk zabit bir müddət sonra onları qovmağa başlayır. Alman hərbçilər ancaq şəhər kilsəsinə sığınaraq türk zabitin hiddətindən xilas olurlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam