Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

HDP-li deputatların mandatı əllərindən alınacaq -Türkiyədə

thumbs_b_c_1b3d6a5d63608ec9d5c025cee51eb8f4

 

Vanda terror təşkilatının təbliğatı ilə məşğul olduqları iddia edilən HDP-nin Vandan olan millət vəkili Bedia Özgökçə Ertanla Ağrıdan olan millət vəkili Dirayət Taşdəmir haqqında toxunulmazlıqlarının götürülməsiylə bağlı müraciət hazırlanıb.

Yenixeber.org:  Anadolu Agentliyinə istinadən xəbərə görə, Van Polis İdarəsində hazırlanan müraciətdə Ertan və Taşdəmirin mart ayında sözügedən şəhərdə qatıldıqları proqramlardakı çıxışlarında cinayət və cinayətkarları tərifləyərək, PKK terror təşkilatının təbliğatını etdiklərinin müəyyənləşdirildiyi bildirilib.

Belə ki, Türkiyə Cumhuriyyəti Konstitusiyanın 83-cü maddəsinə istinadən deputatlar Ertan və Taşdəmirin üzərindən toxunulmazlıqlarının qaldırılması tələb edilən müraciətdə TBMM sədrinə təqdim edilməsi üçün Ədalət Nazirliyinə göndərilib.

Ertan və Taşdemirin hələ də millət vəkili olmaları səbəbiylə Türkiyə Cumhuriyyəti Konstitusiyasının 83-cü maddəsinə görə, qanunverici toxunulmazlığa sahib olduqlarının yazıldığı müraciətdə bildirilib ki, göstərilən cinayətlərdən ötəri haqqlarında istintaqın başladılması üçün TBMM sədrindən onların sahib olduqları qanunverici toxunulmazlığın qaldırılması üçün lazımı tədbir görülsün.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam