Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"ABŞ prezidenti Azərbaycan kimi etibarlı müttəfiqi qiymətləndirməlidir" -"Washington Times" yazır

 

"ABŞ prezidenti Donald Tramp Azərbaycan kimi etibarlı müttəfiqin olması faktını qiymətləndirməli və Azərbaycanı dəstəkləməlidir".

Yenixeber.org:  Bunu "Caspian Group Holdings"in icraçı direktoru Rob Sübhani "Washington Times"da nəşr olunan məqaləsində yazıb.

O qeyd edib ki, Azərbaycan torpaqlarının bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunub və işğal faktı hələ də davam edir. Müəllif vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dondurulmuş münaqişələrin sülh yolu ilə həllini istəyir və Azərbaycan torpaqlarının 20%-ni işğal edənlərin təmsilçisi olduqlara xalqa qarşı nifrət təbliğ etmir.

Müəllifin sözlərinə görə, Azərbaycan Prezidentinin münaqişəsini sülh yolu ilə həll etmək istəyi Donald Tramp administrasiyasına Moskva ilə əməkdaşlıq etmək və regiona hər iki tərəf üçün faydalı olacaq sülh gətirilməsi üçün yol açır.

"Prezident Tramp Pensilvaniya avenyu, 1600 ünvanındakı ofisindən bayıra baxanda təbii ki, Azərbaycanı görmür. Amma o, aradakı uzun məsafəyə baxmayaraq, Birləşmiş Ştatların müttəfiqi olan ölkəni qiymətləndirməli və onu dəstəkləməlidir. Məsələn, Prezident Tramp öz minnətdarlığını Prezident Əliyevi Ağ evə dəvət edərək bildirə bilər. Burada onlar ABŞ-ın böyük Yaxın Şərqdə ən etibarlı müttəfiqlərindən biri ilə əlaqələrində yeni səhifə aça bilərlər", - deyə məqalədə bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam