Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

"Avropa İttifaqı Azərbaycanın regionlarının inkişafında maraqlıdır" -Səfir

 

"Avropa İttifaqı Azərbaycanın kənd ərazilərinin, regionlarının, xüsusilə kənd təsərrüfatının inkişafında maraqlıdır. Bu məqsədlə biz Kənd Təsərrüfatı Nazirliyi ilə bölgələrin inkişafı proqramı çərçivəsində əməkdaşlıq edirik".

 

Yenixeber.org:  Bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard deyib.
O, qeyd edib ki, burada müxtəlif sahələr nəzərə alınır: "Əməkdaşlığımızda bilavasitə subsidiyaların verilməsi ilə bağlı bir sıra məsələlərə nail olunub. Bizim üçün bu, çox əzəmətli bir layihədir. Sazişin əhatə dairəsinə gəldikdə isə bu, olduqca geniş proqramdır. Çalışacağıq ki, sazişi elə bir şəkildə ərsəyə gətirək ki, 1999-cu ildə imzalanmış "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" çərçivəsindən də kənara çıxsın. Əməkdaşlığımızı və münasibətlərimizi yeni şəkildə inkişaf etdirə bilək".

 

Onun sözlərinə görə, proqramın tam hazırlanmasına 6-7 ay vaxt lazım gələcək: "Proqramda sadəcə kənd təsərrüfatı nəzərdə tutulmayacaq. Burada kiçik və orta sahibkarlığın inkişafına dəstək komponenti də öz əksini tapıb. Kiçik və orta sahibkarlıq sənayenin müxtəlif sahələrini bir-birinə bağlayan, uzlaşdıra bilən aparıcı qüvvədir."

 

Aİ-nın Azərbaycanla əməkdaşlıq etdiyi xüsusilə qida və ərzaq təhlükəsizliyi sahəsidir: "Ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq qaydalar var. İstehsalçı Avropa bazarına məhsul çıxarmaq istəyirsə, onda Aİ bazarına ixrac ediləcək məhsul qida və ərzaq təhlükəsizliyi standartlarına cavab verməlidir.

 

Biz "dəyər zənciri"nə böyük əhəmiyyət veririk. Dəyər zənciri necə formalaşdırılır? Bunun öyrədilməsi üçün bu sahənin adamlarına müxtəlif təlimlər keçirik. Onlara dəyər zəncirinin necə formalaşdırıldığını öyrədirik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam