Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyədə 1 May aksiyalarında toqquşmalar olub -VİDEO

Bu gün Türkiyədə 1 May Əmək və Həmrəylik Günü qeyd edilir.

 

Yenixeber.org:  “Hürriyet” qəzetinə istinadən məlumata görə, bu il İstanbulda əmək gününün qeyd edilməsi üçün Bakırköy Xalq Bazarı meydanı ayrılıb.

 

Bayram aksiyasında iştirak edəcək insanlar İncirli prospekti ilə Bakırköy Xalq Bazarı meydanına hərəkət edirlər. Aksiyaçılar meydana buraxılmazdan əvvəl 3 dəfə yoxlamadan keçir. Meydana gələn qruplar arasında “Beşiktaş” klubunun tərəfdar qrupu “Çarşı” və “Fənərbağça” klubunun tərəfdar qrupunun üzvləri də var. “Fənərbağça” klubunun tərəfdar qrupunun üzvləri sinələrinə Gəzi parkı olaylarında həyatını itirən Berkin Elvan və Ali İsmayıl Korkmazın fotoşəkillərini vurublar.

 

Ənənəvi olaraq, hər il müxtəlif qrupların Əmək və Həmrəylik gününü qeyd etməyə çalışdığı Taksim meydanına gələn yollar isə yerli vaxtla saat 05.00 radələrindən bağlanıb, meydan təzyiqli su maşınları və polis koridoru ilə əhatəyə alınıb. Ancaq Talimhane, Beşiktaş və Şişlidən Taksim meydanına daxil olmağa cəhd göstərən qruplar olub. Polis həmin qruplara müdaxilə edib, çoxlu sayda şəxs saxlanılıb. Bakırköydə qarşıdurma zamanı isə polis havaya atəş açıb.

"Reuters" artıq 200-dən çox şəxsin nəfərin saxlandığı, aksiya iştirakçılarından 40 "Molotov kokteyli", 17 əl qumbarası, 176 fişəng aşkarlandığı barədə məlumat yayıb.

Qeyd edək ki, hazırda Türkiyədə fövqəladə vəziyyət rejimidir


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam