Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Tramp Cənubi Qafqazla bağlı dəqiq siyasət hazırlamayıb” -Metyu Brayza

ABŞ Rusiyanı qıcıqlandıra biləcək bölgələrdə lüzumsuz fəallıq göstərməməyə çalışır.

Yenixeber.org:   Bunu Trend-ə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ötən həftə Moskvada baş tutmuş görüşünü şərh edən ekspert bu görüşü “Moskva prosesi” adlandırıb.

Keçmiş səfirin sözlərinə görə, Donald Tramp hələlik Cənubi Qafqazla bağlı dəqiq siyasət hazırlamayıb və ABŞ-ın lüzumsuz fəallıqdan uzaq qaçmaq tendensiyası hələ Barak Obama administrasiyası dövründə formalaşmışdı: “B.Obamanın fikrincə, ABŞ dünyada həddən çox fəal siyasət aparırdı, ona görə də o, ABŞ siyasətini daha sakit məcraya yönəltməyə qərar vermişdi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam