Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Ermənistan müstəqil siyasət yürüdə bilmir" -Millət vəkili

asim-mollazade
“Ermənistan Rusiyanın hərbi qüvvələrinin idarə etdiyi bir  ölkə olduğundan Qarabağ münaqişəsinin həlli ilə bağlı Moskvada Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin görüşündən nəsə gözləməyə dəyməzdi”.
Yenixeber.org:   Bunu Gununsesi.info-ya açıqlamasında  millət vəkili Asim Mollazadə deyib.
Deputatın sözlərinə görə, onsuz da XİN başçılarının Moskva  görüşündən heç nə gözləmirdim və gözləntilərim də özünü doğrultdu.
“Çünki Ermənistan müstəqil ölkə olmadığından və  bunun nəticəsində müstəqil  siyasət yürüdə bilməməsindən Rusiya  Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini  öz inhisarına alıb. Ermənistanın müstəqil siyasət yürüdə bilməməsi isə münaqişənin həlli ilə bağlı durumu daha da çətin vəziyyətə salıb”- deyə, A. Mollazadə vurğulayıb.
Millət vəkili əlavə edib ki, biz beynəlxalq təşkilat və ictimaiyyətdən Qarabağ məsələsində beynəlxalq  hüququn aliliyini əsas götürərək Ermənistana göstərməsini istəyirik:
“Əks halda Qarabağ münaqişəsi hələ uzun müdət dondurulmuş münaqişə qismində qalacaq”.
Son dövrlərdə Rusiya XİN rəsmilərinin birmənalı olaraq Ermənistanın mövqeyini dəstəkləməsi ilə bağlı verdiyi açıqlamalara gəldikdə, deputat deyib ki,  Ermənistan Rusiyanın foröostu olduğundan, buraya öz ərazisi kimi baxır  və ona görə də Moskva bu məsələdə öz maraqlarından çıxış edir:
“Bir daha təkrar edərək bəyan edirəm ki, Ermənistan müstəqil ölkə yox, Rusiya hərbçilərinin idarə etdiyi forpost bir ərazidir və ona görə də Rusiya bura öz ərazisi kimi yanaşdığından, maraqlarını burada müdafiə edir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam