Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Biz öz köbəyimizi özümüz kəsəcəyik" -Ərdoğan

 

recep_erdogan_100317

“Suriyada Türkiyə ilə sərhəd boyunca ABŞ hərbi karvanında ABŞ və YPG terror təşkilatının bayraqlarının birgə dalğalanması bizi təəssüfləndirir”.

Yenixeber.org:  Bunu bu gün Hindistana səfərdən öncə mətbuat konfransı keçirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan deyib ki, Türkiyə və ABŞ NATO üzvləri, strateji müttəfiqdir: “Strateji müttəfiq kimi biz bu mənzərədən narahat oluruq. Bu, ABŞ-ın öncəki prezidenti Barak Obamanın dövründən qalan bir ənənədir, davam edir. Vaşinqtona səfərim zamanı mövqeyimizi ABŞ prezidenti Donald Trampa çatdıracağıq. Türkiyə sıradan bir dövlət deyil, biz öz köbəyimizi özümüz kəsəcəyik. Mən bir daha bəyan edirəm ki, hər an Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalına daxil olaraq, YPG terror təşkilatına zərbə endirə bilər. Biz əndişə ilə yaşamaqdansa, terrorçular qorxu içərisində yaşasınlar”.

Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam