Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tanınmış iqtisadçı istefa verdi -REAL Hərəkatından

 

 

Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev üzvü olduğu REAL Hərəkatından istefa verib.

 

 Yenixeber.org:  Bu barədə xəbəri R.Ağayevin özü verib.

“2011-ci ildən bəri İdarə Heyətinin (İH) üzvü olduğum REAL Hərakatından ayrılmaqla bağlı qərar vermək mənim üçün çox çətin oldu.
Səbəbləri haqda çox qısa bunları deyəcəm. Hərakatın lideri İlqar Məmmədov artıq 4 il 2 aydır həbsdədir. Təşkilatın İH-nin hər bir üzvü belə şəraitdə onun da əvəzinə çalışmalı, liderin yoxluğunu hiss etdirməməli və REAL-ı öz hədəflərinə yaxınlaşdırmaq üçün daha fədəkar olmalı idi. Bizə qoşulan üzvlərin, eləcə də təəssübkeşlərin İH-dən gözləntisi də bu idi. Təəssüf ki, müxtəlif səbəblərdən bir İH üzvü kimi mən vəzifənin öhdəsindən gələ bilmədim. Bu qərarı qəbul edərkən yanaşmam bu olub ki, hər bir kəs gərəkli ola biləcəyi yerdə olmalı, faydası toxuna biləcəyi işin qulpundan yapışmalıdır. Otən 6 ildə REAL-ın proqramının işlənməsi xarici bu təşkilata mənim heç bir töhfəm dəyməyib. Bacarmayan kənara çəklib bacaranların yolunu açmalıdır.
Ümid edirəm ki, İlqar Məmmədovun həbsdən çıxması uzun çəkməyəcək və onun liderliyi ilə REAL Azərbaycanın gələcək siyasi həyatında öz layiqli yerini tutacaq. 
Bilirəm ki, bəzi üzvlərimizin, xüsusən gənclərimizin bizlərdən gözləntriləri yüksək idi. Gözləntilərini doğrulda bilmədiyim həmin insanların hamısına bir üzr borcum var...”,-R.Ağayev bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam