Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Jurnalistlərə yeni mənzillər bu ilin yayında verilə bilər" -Mətbuat Şurasının sədri

"Jurnalistlər üçün inşa edilmiş binada mənzillərin təmiri işləri hazırda çox sürətlə davam edir. Binada görülən işlər bu ilin yayına qədər yekunlaşa bilər”.

Yenixeber.org:  Bunu Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Ə.Amaşov deyib ki, evlərin jurnalistlər arasında bölünməsi isə bu ilin yayında baş tuta bilər:

"Ancaq hələ ki, bununla bağlı dəqiq məlumata malik deyilik. Adətən soruşurlar ki, ev almaq üçün hansı sənədlər tələb olunacaq və bu il əlavə sənədlər olacaqmı və sairə. Hələlik bu məsələ ilə bağlı ortaq məxrəcə gələ bilməmişik. Bu dəfə hansı meyarlar olacaq, bununla bağlı dəqiq məlumatım yoxdur. Əgər evlərin təmiri işləri bu ilin yayına qədər yekunlaşsa və mənzillərin paylanılması mümkün olsa, bundan bir ay öncə də sənədlərin toplanılması həyata keçiriləcək”.

Evlərin hamısının verilməyəcəyi ilə bağlı yayılan xəbərlərə də toxunan Ə.Amaşov qeyd edib ki, bu barədə hər hansı məlumata malik deyil:

"Bu barədə məndə məlumat yoxdur. Düşünmürəm ki, belə olsun. Çox güman ki, evlər hazır olan kimi jurnalistlər arasında bölünəcək”.

Publika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam