Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Bütün ermənilər artıq təslimçiliyin yollarını axtarırlar" -Ehtiyatda olan general-leytenant

yasar-aydemirov

Cənab Prezident İlham Əliyevin çıxışı əslində son xəbərdarlıqlardan biri idi.

Yenixeber.org:   Bu sözləri Prezident İlham Əliyevin Aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündəki nitqi ilə bağlı danışan Azərbaycan Ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov deyib. General vurğulayıb ki, hər an komanda verilə bilər:

“Prezident İlham Əliyevin çıxışı əslində son xəbərdarlıqlardan biri idi. İndi elə bir vəziyyət yaranıb ki, proses Azərbaycanın xeyrinə inkişaf edir. Cocuq Mərcanlıya qaçqınların bir hissəsi qaytarılır, bu kənddə bərpa işləri gedir. Hərbidə çıxış xətti deyilən bir termin var. Azərbaycan cəmiyyəti bu çıxış xəttinə gəlib çatıb. Dördgünlük savaş Ermənistanı sözsüz ki, fəlakət vəziyyətinə gətirib çıxardı. Bu fəlakət həm Ermənistanın ordu komandanlığında, həm ordunun əsgər və şəxsi heyətində, həm də siyasi rəhbərliyində müşahidə olundu. Onlar indi nə edəcəklərini belə bilmirlər. Ermənistandakı son çıxışlardan görünür ki, indiki iqtidar yenə Azərbaycan Ordusunun gücü ilə öz xalqını qorxudub, seçkidəki vəziyyəti öz xeyirlərinə dəyişməklə hakimiyyətdə qalmaq istəyir. Ancaq başda onların siyasi rəhbərləri olmaqla, bütün ermənilər artıq təslimçiliyin yollarını axtarırlar.

Ali Baş Komandan çıxışında dedi ki, Azərbaycan Ordusu çox cuzi bir qüvvə ilə, yəni bir neçə birləşmə ilə əks-hücum keçirdi və bu, nəinki Ermənistan ordusunu, bütövlükdə erməni ictimaiyyətini sarsıtdı. Bu baxımdan qələbənin yaxın zamanlarda olacağına inanıram. Ali Baş Komandanımız, inşallah, bu komandanı verəcək”. (Axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam