Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya BMT büdcəsinə pul köçürdü:78 milyon dollar

Rusiya Birləşmiş Millətlər Təşkilatının (BMT) bülcəsinə 78,0 milyon dollar vəsait göçürüb.

Yenixeber.org:   BMT xəzinəsinə köçürülməli olan üzvlük haqqının həcmi ölkənin 10 illik ümumi daxili məhsulun (ÜDM) və xarici borcunun həcmindən asılıdır.

Rusiyanın indi köçürdüyü 78 milyon dollar illik üzvlük haqqıdır. Bu barədə BMT-nin rəsmi saytında xəbər verilir.
«2017-ci il martın 6-da Rusiya Federasiyası BMT-nin dövri büdsəsinə hesablanmış 77 milyon 888 min 309 dollar vəsaiti köçürüb» – deyə, xəbər verilir.

Hal-hazırda BMT büdcəsində Rusiyanın payı 2,5 faiz təşkil edir. Ən böyük sponsor isə ABŞ-dır. Bu ölkə BMT-nin xərclərinin 22,0 faizini ödəyir.

Təşkilatın saytında xəbər verilir ki, 2017-ci ildə 50 ölkə illik üzvlük haqqını ödəyib. Ən çox vəsaiti Çin ödəyib – 200 milyon dollar, ən az vəsaiti isə Cibuti, Süleyman və Marşal adaları ödəyib – hərəsi 25 min dollar.

2017-ci ilin fevralında BMT Təhlükəsizlik Şurası (TŞ) 6 ölkəni səs hüququndan məhrum edib. Onların arasında Liviya, Sudan və Venesuela da var. Bu məhrumetmə həmin ölkələrin BMT-yə iki illik ödənilməmiş üzvlüq haqqı borcuna görədir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam