Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Qarabağ münaqişəsi Rusiyanı narahat etməyə bilməz” -Rusiya Dövlət Dumasının sədri

tass-17778187-pic905-895x505-3508

“Rusiya Qarabağ nizamlanmasını hər zaman nəzarətdə saxlayır”.

Yenixeber.org:  “İnterfaks”a istinadən məlumata görə, bunu İrəvanda səfərdə olan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistan parlamentinin sədri Qalust Saakyanla görüşdə bildirib.

“Rusiya bu münaqişənin nizamlanmasına diqqətlə, Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmalar çərçivəsində yanaşır. Dağlıq Qarabağ münaqişəsinin maksimal dərəcədə nizamlanması və Cənubi Qafqazda gərginliyin olmaması üçün çox şey edilib. Ancaq bu yolla getmək lazımdır ki, ümumilikdə gərginlik aradan götürülsün”, – deyə Volodin qeyd edib.

Duma sədri onu da vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu hər zaman nəzarətdədir: “Nəzərə almalıyıq ki, belə məsələlər bizi narahat etməyə bilməz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam