«Baltikyanı ordu Rusiyaya qarşı effektli vuruşa bilər» –EKSPERTLƏRDƏN ŞOK AÇIQLAMA
Amerikalı ekspertlər hesab edirlər ki, Baltikyanı ölkələrin ordusu Rusiyaya qarşı effektli şəkildə döyüşə bilər.
Yenixeber.org: ABŞ hökuməti tərəfindən maliyyələşdirilən, Pentaqona və Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) yaxınlığı ilə tanınan «RAND Corporation» araşdırıcı Mərkəzin bu yaxınlarda dərc olunmuş məruzəsində qeyd edilirki, Rusiyanın Baltikyanı ölkələrin ərazisində diversiya fəaliyyətinin və pozucu hərəkətlərinin ehtimalı xeyli aşağıdır.
Amerikalı ekspertlərin fikrincə, Baltikyanı ölkələrin hərbi potensialı Rusiyanın məhdud təcavüzünü dəf etmək üçün yetərlidir. Bu işdə NATO birləşmiş kontingentinin rolu da böyükdür – hazırda alyansın Şərq cinahında bu qüvvələr fəal şəkildə gücləndirilir. Buraya, ABŞ-ın göndərdiyi bir neçə motorlu briqada və müxtəlif tank-zirehli bölmələri də daxildir.
Bölgədə antirusiya əhval-ruhiyyəsinin artması, Vaşinqtonun və Brüsselin müdafiə xərclərinin bölgüsünə yanaşmasının dəyişməsi fonunda bəzi Avropa və Amerika KİV-nin məlumatına görə, Latviya, Litva və Estoniya 2020-ci ilə qədər öz hərbi büdcəsini 3 dəfə artırmağı (2,1 milyard dollara qədər) planlaşdırır.
Bununla yanaşı, ciddi hərbi münaqişənin baş verəcəyi halda, ekspertlərin fikrincə, Baltikyanı ölkələrin silahlı qüvvələri çətin ki, Rusiya kimi güclü bir rəqibə qarşı konvensional hərbi əməliyyatlar keçirə bilsinlər. Bu halda onlara NATO-dakı həmkarları tərəfindən dəstək lazım gələcək. İlk növbədə, kəşfiyyat və hədəfi müəyyənetmə və aviasiya, tank birləşmələrinin və artileriyanın tətbiqi sahəsində dəstək nəzərdə tutulur. Nəzərə alınır ki, bu «xidmət»lər praktiki olaraq Baltikyanı ölkələrin silahlı qüvvələri tərkibində yerli-dibli yoxdur.