Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Büdcə təşkilatlarında israfçılıq talan səviyyəsinə yüksəlib -EKSPERTDƏN ŞOK AÇIQLAMA

Xeberinfo.com:   Büdcədən maliyyələşən müəssisə və təşkilatlar 2016-cı ildə 2 milyard kilovat/saatdan çox elektrik enerjisi istifadə edib. İnandırıcı görünməsə də, hər halda rəsmi məlumatlara görə bu belədir. Bu göstərici, müqayisə üçün deyim ki, 1990-cı ildə 7 milyonluq əhalinin bir illik istehlakından 2 dəfə çoxdur. Xatırlayanlar bilir ki, 1990-cı ildə əhalinin əsla enerji problemi olmayıb və bir milyard kilovat/saat elektrik enerjisi hesabına Ermənistan tərəfindən işğal olunmuş 20 faiz ərazilərimiz – Dağlıq Qarabağ, Laçın, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları da daxil olmaqla respublikanın bütün kəndlərini, rayon mərkəzlərini, şəhərləri gecə-gündüz işıqlandırmaq mümkün olub. Elə isə, bu büdcə təşkilatları 2 dəfə artıq elektrik enerjisinin başına nə oyun açıb? Nəyə sərf ediblər o qədər enerjini? Ortada faydalı nəticələr olsaydı, bəlkə də fikir verməmək, üstündən keçmək olardı. Amma o da yoxdur, ölkə dərin böhrana yuvarlanıb…

Büdcə təşkilatlarının istehlak (israfçılıq) səviyyəsi 2015-ci ilə nəzərən ötən il 200 milyon kilovat/saat və ya 11% çoxalıb. Halbuki, son 10 ildə büdcə təşkilatlarının elektrik enerjisindən istifadə səviyyəsi hər il orta hesabla 83 milyon kilovat/saat artıb. Deməli, ötən ilin artımı son 10 ilin orta illk artım göstəricisini 2,4 dəfə üstələyib. Əgər dövlət büdcəsində elektrik enerjisi adına 2015-ci ildə 109 milyon manat vəsait ödənilmişdirsə, 2016-cı ildə 137 milyon manat ödənilib. Deməli, ötən il elektrik enerjisinə görə büdcədən əlavə olaraq 28 milyon manat və ya 26% çox ödəmək lazım gəlib. Dövlət maliyyə vəsaitlərinə qənaət etməyin çox vacib olduğu bir dövrdə milyonlarla ölçüyə gələn israfçılıq qəti yolverilməzdir. Bunun adı cinayətdir. Bu gedişatla tənəzzülü durdurmaq olmaz.

İqtisadçı-ekspert 

Nemət Əliyev

Yazı müəllifin facebook səhifəsindən götürülüb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam