Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Şotlandiya parlamenti qətnamə qəbul edib -Xocalı faciəsi ilə bağlı

Şotlandiya parlamentində Xocalı faciəsi ilə bağlı qətnamə qəbul edilib.

Xeberinfo.com:  Bu ilin fevral ayının əvvəlində Şotlandiya  parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı faciəsinə siyasi qiymət verilməsi qərara alınıb və bu məqsədlə Xocalı soyqırımının 25 illiyi ərəfəsində həmin hadisələrə siyasi qiymət verilməsi haqqında qərarın mətni parlamentin saytında yerləşdirilib.

Şotlandiya parlamenti üzvlərinin mütləq əksəriyyəti öz adlarını qətnamə layihəsinin mətninə əlavə etməklə, təklif olunan qətnamənin qəbul olunmasına dəstək veriblər.

Qəbul olunmuş qətnamədə Azərbaycanla Şotlandiya arasında qarşılıqlı dostluq və faydalı əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanmaqla bərabər, ötən əsrin 90-cı illərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində həyata keçirilmiş işğal faktı qətiyyətlə pislənilir, Xocalıda baş verən qanlı hadisələr isə Dağlıq Qarabağın yerli əhalisinə qarşı soyqırımı kimi tanınır.  Parlament üzvlərinin 80%-nin tərəfdar çıxdığı qərarda Xocalı soyqırımını törədənlərin hərəkətləri müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir, gələcəkdə bu cür hadisələrin dünyanın heç bir yerində baş verməməsi üçün belə bir qətnamənin qəbul olunmasının zəruriliyi qeyd olunur.

Qərarda BMT tərəfindən qəbul olunmuş 4 qətnaməyə məhəl qoymayan Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20%-nin hələ də işğal altında saxlanıldığı vurğulanır, münaqişənin  beynəlxalq hüquq normaları əsasında  həll olunmasına dəstək ifadə olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam