Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MTN-nin qadın generalı jurnalistlərə qəzəbləndi:"Rədd olun!"

natavan-murvetova

Xeberinfo.com:   Ləğv edilmiş MTN sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası günün ikinci yarısında davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxslərin vəkilləri həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra iclasda çıxış edən prokuror zərərçəkmiş Cəmşid Novruzovun vəkili Kamandar Nəsibovun Akif Çovdarovun da vəkili olduğunu deyib və ona görə K. Nəsibovun prosesdən uzaqlaşdırılmasını istəyib.

Məhkəmə vəsatəti təmin edib və K. Nəsibov iclasdan uzaqlaşdırılıb.

Təqsirləndirilən şəxslərdən Fizuli Əliyev və Sübahir Qurbanovun müdafiəsinə yeni qoşulan vəkillər isə cinayət işi ilə tanış olmaq üçün vaxt istəyiblər.

Məhkəmə vəsatəti təmin edib və növbəti iclas fevralın 21-nə təyin edilib.

İclasdan sonra jurnalistlər təqsirləndirilən ləğv edilmiş MTN-nin qadın generalı Natəvan Mirvətovadan ittihama münasibət öyrənmək istəyiblər. O, jurnalistlərə "rədd olun" deyərək təhqir edib.

APA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam