Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Onları Əbülfəs Qarayevin yerində görmək istəyirlər  - ADLAR

Onları Əbülfəs Qarayevin yerində görmək istəyirlər  - ADLAR

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Mədəniyyət naziri Əbülfəs Qarayev vəzifəsindən azad edildi. Ə.Qarayevin postu boş olduğu üçün onun yerinə kimin təyin ediləcəyi ciddi müzakirə mövzusuna çevrilib. Hazırda sosial şəbəkələrdə yeni Mədəniyyət nazirinin kimliyi ən çox müzakirə olunan məsələdir.

Yenixeber.org: Sosial şəbəkələrdə nazir postuna bir neçə tanınmış simanın adı hallandırılır. İstifadəçilər bu vəzifəni tutacaq şəxsin bir çox müsbət keyfiyyətləri özündə cəmləşdirməsini arzulayırlar. Bəzi sosial şəbəkə istifadəçiləri Xalq artisti Flora Kərimova, Rasim Balayev, Cavanşir Quliyev kimi korifey sənətkarları nazir postuna layiq hesab etsələr də, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanı, Əməkdar artist Bəhram Bağırzadəni, Xalq artisti Faiq Ağayevi nazir görmək istəyənlər də az deyil. Bu şəxslərin müsbət reputasiyaya sahib olduğunu önə sürən çox sayda insan onların təbliğatını aparır.

Flora Kərimovanın 78, Rasim Balayevin 71, Cavanşir Quliyevin 69 yaşının olduğunu əsas gətirən bəzi sosial şəbəkə iştirakçıları isə onları real namizəd hesab etmirlər.

Yeni nazirin sürpriz isim olacağını istina etməyənlər də var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam