Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Çin koronavirusu can almağa davam edir:ölənlərin sayı 723-ə yüksəlib

 

Çində koronavirusun yeni növünə (2019-nCoV) yoluxanların sayı 34 min 621, bu virus səbəbindən ölənlərin sayı isə 723 nəfərə çatıb.

Yenixeber.org: Bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 27 min nəfərdən çoxdur. İndiyədək 2055 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan 6101 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 345 min nəfəri müəyyən edib, onlardan 189 mini həkim nəzarətinə alınıb.

Ötən günün statistikasına əsasən, koronavirusa yeni yoluxanların ən çoxu virusun aşkarlandığı Hubey vilayətində qeydə alınıb – 2841 nəfər. Fevralın 7-də Çində qeydə alınan 86 ölüm faktının 81-i Hubey vilayətində, biri paytaxt Pekində, digərləri isə Xeyluncian, Xınan və Qansu vilayətlərində olub.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya, İsveç və Belçikada, ümumilikdə, 276 adam virusa yoluxub. Çinin hüdudlarından kənarda – Filippində bu virusdan bir ölüm faktı qeydə alınıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam