Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Günün xəbəri

Jurnalistlər Hikmət Hacıyevlə görüşəcək-TƏCİLİ+FOTO

 

Görüşdə məqsəd: əsaslı təmirə bağlanmış  «Azərbaycan» nəşriyyatında jurnalistlərə yaradılmış problemlərin əsl günahkarı bəlli olacaq…

Yenixeber.org xəbər ki, Prezident Administrasiyasının tabeliyində olan «Azərbaycan» nəşriyyatının əsaslı təmirə dayandırılması ilə uzun illərdir burada fəaliyyət göstərmiş redaksiyaların peşə fəaliyyətinə ciddi problemlər yaranmışdır. Məsələ ondadır ki, nəşriyyatda yerləşmiş redaksiyaların heç birinə alternativ yer təklif edilmədiyindən, jurnalistlərin birliyi pozulub, hərə bir məkanda məskunlaşıb. Jurnalistlərə arxa-dayaq olan ölkə Prezidentinin media siyasətinə, sanki kimlərsə əks gedərək, qəsdən kütləvi narazılığa hesablanmış addımlar atırlar.

Qeyd edək ki, heç bir yerə köçə bilməyən çoxsaylı jurnalistlərin Prezident Administrasiyasına göndərdiyi müraciətini də problemin məkanı olan nəşriyyata göndəriblər. Hazırda həmin redaksiyaların jurnalistləri peşə  fəaliyyətini davam etdirə, eləcə də qapıları bağlanmış nəşriyyatdan əşyalarını, avadanlıqlarını və kompüterlərini götürə bilmirlər.

Bunları nəzərə alan 60-a yaxın jurnalistin imzası ilə tərtib olunmuş ərizə ikinci dəfə artıq Prezident Administrasiyasına təkrarən göndərilib. Üstəlik, Prezidentin köməkçisi cənab Hikmət Hacıyevin tapşırığı ilə iki dəfədir jurnalistlərə səbrli olmaq tövsiyyə edilməklə, Mətbuat Şurasında müzakirələr aparılır, problemin həll ediləcəyi vədi verilir. Lakin yenə də problem çözülməmiş qalır.

Nəhayət, hələki adını çəkmək istəmədiyimiz aidiyyəti rəsmi qurumun tövsiyyəsi ilə jurnalistlərin səlahiyyəti nümayəndələri-«Təzadlar» qəzetinin və eyni adlı saytın rəhbəri Asif Mərzili, «Yenixeber.org» saytının rəhbəri İlqar Salmanov və «Gundemxeber.org» portalının sahibi Şirin Cəfəri bu gün Prezidentin köməkçisi Hikmət Hacıyevin qəbuluna dəvət edildilər. Administrasiyanın Qəbul Mərkəzində dinlənilən jurnalistlər yaranmış vəziyyəti ətraflı şərh ediblər.

Beləliklə, martın 5-də jurnalistlərin cənab Hikmət Hacıyevlə görüşündə «Azərbaycan» nəşriyyatı ətrafında yaradılmış süni problemlərə aydınlıq gətiriləcək, redaksiyaların təklifləri dinləniləcək.

asif

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam