Əziz Orucova barəsində QƏRAR VERİLDİ
“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Yenixeber.org: Səbail Rayon Məhkəməsinin hökmü ilə o, 2 il həbs cəzasına məhkum edilib.
Dövlət ittihamçısı Ə.Orucova 2 il 6 ay həbs cəzası istəmişdi.
Qeyd edək ki, Əziz Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb. Lakin bir müddət əvvəl 206.3.2-ci maddə üzrə cinayət işinə xitam verilib.