DTX-nin əməkdaşları Xocalı abidəsini ziyarət etdilər - FOTOLAR

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Yenixeber.org: Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında bildirilir ki, abidənin önünə gül dəstələri düzülmüş, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

