Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

Türkiyədə 69 nəfərin öldüyü binanı tikənlərə ağır cəza verildi

Türkiyədə ötən ilin fevralında baş vermiş güclü zəlzələdə uçan bəzi binaları inşa etmiş şəxslərin məhkəmə prosesləri davam edir.

Yenixeber.org xəbər verir ki, Kahramanmaraşda 69 nəfərin həyatını itirdiyi “Güneşli Kocabaş” yaşayış kompleksini tikmiş iş icraçılarına ötən gün hökm oxunub.

Kahramanmaraş 2-ci Cəza Məhkəməsinin hökmü ilə ittiham edilən 9 nəfərdən 8-nə 12 il 2 ay 20 gündən 14 il 5 ay 10 gün müddət aralığında həbs cəzası verilib.

Bildirilib ki, zəlzələ vaxtı binanın 7-ci bloku tamamilə çöküb. Araşdırmalar zamanı tikinti standartlarının pozulması məlum olub.

Qeyd edək ki, Türkiyənin cənub-şərqini əhatə edən güclü zəlzələ 50 minə yaxın insanın həyatını itirməsinə səbəb olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam