Həftəsonu rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək

 

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

Yenixeber.org: Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 10 avqust 2025-ci il tarixində Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.

İmtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Namizədlər “İmtahana buraxılış vərəqəsi” buradan çap edə bilərlər.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Məlumat üçün bildiririk ki, imtahanın II mərhələsində iştirak etmək üçün 905 namizəd qeydiyyatdan keçib. Onlardan 336 nəfəri oğlan, 569 nəfəri qızdır. 739 namizəd Azərbaycan bölməsinin, 169 namizəd rus bölməsinin, 373 namizəd cari ilin, 532 namizəd isə əvvəlki illərin məzunudur. 2 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 879, Naxçıvan şəhərində isə 26 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 81 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

Qeyd: Bu mərhələdə iştirak edəcək 905 nəfərdən 674 nəfəri ötən illərdəki imtahan nəticəsinə görə, 231 nəfər isə builki imtahanlarda məqbul qiymət aldığı üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıb.

Read more

Kənan Məmmədli və 4000 manatlıq “şirinlik” məsələsi –

Kənan Məmmədli və 4000 manatlıq “şirinlik” məsələsi – təhsil təyinatlarında keyfiyyət, yoxsa qiymət amili?
İyun ayının kəskin istiləri ilə yanaşı, ölkənin təhsil sistemində də “qaynar” proseslər müşahidə edilməyə başladı. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nəzarətində olan bir sıra təhsil müəssisələrinə direktor təyinatları həyata keçirildi.
Yenixeber.org: Bu təyinatlardan biri də Xaçmaz rayonunun Seyidlər kənd ümumi məktəbinə edilən direktor təyinatıdır. Sözgedən təyinatın mərkəzində isə Kənan Məmmədli adlı bir şəxs durur.
Lakin məsələ təkcə bir təyinatla yekunlaşmır. Sosial mediada və bəzi xəbər portallarında yayılan məlumatlara əsasən, cənab Məmmədlinin bu vəzifəyə sahib çıxması üçün guya 4000 manat məbləğində “motivasiyaedici” təşəbbüsdə bulunduğu iddia edilir. Düzdür, bu cür yanaşmalar cəmiyyətin idrak səviyyəsində müəyyən rezonans doğurur. Lakin ədalət naminə qeyd edilməlidir ki, belə "şirinliklər" postsovet coğrafiyasının idarəçilik folklorunun artıq bir parçasına çevrilib.
Maraqlısı ondadır ki, iddialara görə bu məbləğ “tələb” kimi yox, sadəcə “kiçik bir şirinlik” kimi təqdim olunub. Görünür, təhsil sistemində artıq rüşvətin semantikası da dəyişməkdədir. Klassik “rüşvət” anlayışı get-gedə “şirinlik”, “hədiyyə”, “diqqət əlaməti”, “xeyir-dua haqqı” kimi yumşaldılmış formalar alır. Bu isə, öz növbəsində, korrupsiya ilə mübarizənin mədəni-etik çərçivəyə keçirilməsi kimi şərh edilə bilər (!)
Digər tərəfdən, “Xaçmaz Xəbər”in məlumatına əsasən, məsələ ilə bağlı Kənan Məmmədlinin özü ilə əlaqə saxlanılıb. O, ona ünvanlanan suallara cavab olaraq qeyd edib ki, yayılan məlumatlar əsassızdır və heç kəsə, heç nə verilməyib. Bu açıqlama, klassik “inkar mərhələsi”nin sosial-patoloji xüsusiyyətlərini özündə əks etdirir.
Əgər doğrudan da cənab Məmmədli bu vəzifəyə sırf şəxsi bacarığı, peşəkarlığı və menecment keyfiyyətləri əsasında təyin edilibsə – bu hal, təhsil sistemimizin real inkişaf göstəricisidir. Əgər deyil... bu zaman artıq məsələ “4 min manatlıq elmi araşdırma obyekti”nə çevrilə bilər.
Ümumilikdə, belə halların ictimai müzakirəyə çıxarılması bir daha sübut edir ki, cəmiyyətin rüşvət və korrupsiya məsələlərinə olan refleksi zəifləmir, əksinə, yeni formalarla özünü göstərir. Təəssüf ki, bəzi təyinatların “təhsil islahatı” deyil, “iqtisadi yatırım” kimi təqdim olunması, gələcək nəslin mənəvi inkişafı üçün təhlükə siqnalı verir.

Sual edirik:

Əgər bu 4 min manat “şirinlik” idisə, bəs acı gerçək nədir?

Təhsil təyinatları üçün qiymət cədvəli varmı?

Və nəhayət, bu tip “kiçik jestlər”in böyüyü hansı mərhələdə təqdim olunur?

Cavabları biz yox, zaman verəcək. Ya da – növbəti təyinat dalğasında başqa bir “şirinlik” faktı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.(dogruxeber.az)
Read more

Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür –

Artıq bir neçə gündür ki, mətbuatda və sosial şəbəkələrdə xaricdə təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsinə süni əngəllər yaradıldığına dair ciddi narazılıqlar gündəmdədir.

Yenixeber.org: Onlarla tələbə və valideyn Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin verdiyi imtina qərarlarının qanunsuz və əsassız olduğunu bildirir. Lakin bütün bu ictimai təzyiqə baxmayaraq, Agentlik hələ də real və ictimaiyyətə yönəlik bir açıqlama verməyib, problemi həll etmək üçün konkret mexanizm təqdim etməyib.
Əksinə, tələbələrə təqdim olunan imtinalar isə ziddiyyətli və qanunvericiliyə uyğun olmayan əsaslarla izah edilir. Bildirək ki, xaricdə təhsil alan tələbələrin narazılıqları əsasən iki səbəb üzərində cəmlənib:
1. Kredit sayı bəhanəsi ilə imtina: Tələbələrə bildirilib ki, 4 semestrdə 120 kredit toplamaq şərtini yerinə yetirməyiblər (məsələn, 110 kredit toplayıblar). Halbuki Nazirlər Kabinetinin 348 nömrəli qərarının 3.2.2 bəndində açıq şəkildə yazılıb ki, “Akademik borcu olan tələbənin kreditləri normadan az ola bilər.” Bu isə o deməkdir ki, tədris borcu olan tələbəyə kredit azlığına görə rədd cavabı vermək qanun pozuntusudur.
2. YÖS imtahanı ilə bağlı absurd arqumentlər: Tələbələrin böyük hissəsi 2023-cü ildə Türkiyə dövlət universitetlərinin keçirdiyi YÖS imtahanı ilə ali məktəblərə qəbul olunub.
Lakin Agentlik onlara bildirir ki, yalnız TR-YÖS nəticələri etibarlıdır. Lakin bu hüquqa tam ziddir– çünki TR-YÖS yalnız 2024-cü ildən vahid formada tətbiq olunur və 2023-cü ildə bu tələbin hüquqi əsası olmayıb: “2023-cü ildə imtahan verən tələbədən 2024-cü il nəticəsi tələb olunur. Tələbələrin və valideynlərin əsas narazılığıda ondan ibarətdir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məsələ ilə bağlı doğru-düzgün açıqlama verilmir.  Agentlik ictimaiyyətin bu qədər iradına, mediada yayılan xəbərlərə, hüquqşünasların və ekspertlərin rəyinə ya reaksiya vermir, ya da cavablarında problemin həlli üçün heç bir mexanizm göstərmir.Tələbələr sadəcə cavab istəmir. Onlar konkret, qanuni, obyektiv və şəffaf həll yolu tələb edirlər.Amma cavab gəlmir.Bu isə cəmiyyətdə haqlı bir sual doğurur:
Agentliyin uğurlu, istedadlı olan tələbələrin önünü kəsməsində məqsədi nədir?

Read more

“Qarabağ Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilib

 

“Qarabağ Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilib.

Yenixeber.org xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, yeni qərarla rektor “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxsin rəhbərini təyin və ya vəzifədən azad edə bilməz, eləcə də həmin tibb müəssisəsində çalışan şəxslərlə bağlı həvəsləndirmə və ya intizam tənbehi tədbiri görə bilməz.

Read more

Dövlət Proqramı çərçivəsində 500 nəfər xaricdə təhsil almaq hüququ qazanıb

 

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na magistratura səviyyəsi üzrə qəbul nəticələri müəyyən olunub.

Yenixeber.org: Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildiirlib ki, müsabiqənin nəticələrinə əsasən 356 namizəd magistratura səviyyəsi üzrə proqram iştirakçısı adını qazanıb.

Beləliklə, 2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 nəfər bakalavriat, 356 nəfər magistratura və 19 nəfər isə doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.

Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 160 nəfəri “universitetlər üzrə top 10”da yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu siyahıda "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, "Berkeley", "ETH Zurich", "University of Oxford", "Harvard University", "Yale University" kimi nüfuzlu ali təhsil müəssisələri yer alır.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində magistratura səviyyəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə əldə etmiş, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı da vardır ki, 2025-2026-cı tədris ili üzrə proqram iştirakçısı seçilmiş namizədlərdən kimsə proqramdan bu və ya digər səbəbdən imtina etdiyi təqdirdə Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutularaq sözügedən siyahıya istinad olunaraq növbəti Dövlət Proqramı iştirakçısının seçilməsi nəzərdə tutulur.

Read more

Bakıda 62 nömrəli məktəb-liseydə qanunsuzluqlar aşkarlandı - 

Bakı şəhəri, Nizami rayonunda yerləşən 62 nömrəli məktəb-liseydə qanunsuzluqlar aşkarlanıb və məsul şəxslər barəsində intizam tənbeh tədbirləri görülüb.

Yenixeber.org: Bu barədə İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatından şikayətçilərə  göndərilən rəsmi cavab məktubunda qeyd olunur. 

Şikayətçilər bildiriblər ki, bir müddət öncə məktəbdən bir qrup valideyn və müəllim yaşanan neqativ hallarla bağlı Ombudsmana müraciət ünvanlayıblar. 

Daha sonra ,  62 nömrəli məktəb-liseydə baş verən qanunsuzluqlar barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vətəndaşlardan ünvanlanan şikayətdə əks-etdirilmiş halların yoxlanılması ilə bağlı Elm və Təhsil Nazirliyinə tapşırıq verib. 

Nazirlikdən verilən cavabda bildirilir ki, 23.05.2025-ci il tarixində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qeyd edilən məsələləri araşdırmaq məqsədilə Bakı şəhəri, 62 nömrəsi məktəb-liseydə monitorinq təşkil edilib. Monitorinq nəticəsində müəyyən nöqsanlar aşkar edilib və müvafiq qaydada aidiyyatı üzrə məsul şəxslər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib. 

Qeyd edək ki, sözügedən məktəbdə baş verən qanunsuzluqlar barəsində mətbuatda xeyli sayda şikayət yazıları dərc olunub. Məktəb-liseyin direktoru Mətanət Cabbarlının rəhbərlik etdiyi məktəbi "bazar"a çevirdiyi bildirilir. O, millət vəkili Məlahət İbrahimovanın bacısıdır. 22 ildir ki, məktəbin direktoru vəzifəsində çalışır.

 Məğrur Salmanov,(sitat.info)


Read more

Jurnalist olmaq istəyən 1071 abituriyent qabiliyyət imtahanı verəcək

Jurnalist olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ!
Dövlət İmtahan Mərkəzi avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

Yenixeber.org: Bu barədə DİM məlumat yayıb.

Qeyd edilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahanda 1071 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan və Xaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanın məzmunu haqqında məlumat:

Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.

İnşa (esse) abituriyentin seçmiş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil, yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlər, təhsil, ətraf mühit, mənəviyyat və eləcə də bütün bəşəriyyəti düşündürən qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.

İnşanı (esseni) yazarkən abituriyent:

  • səliqəli, oxunaqlı və aydın xətlə yazmalı;
  • öz fikirlərini aydın və savadlı şəkildə ifadə etməli;
  • mövzunun mahiyyətini açmalı və dolğun əhatə etməli;
  • yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, abzaslarla fərqləndirməli və fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli;
  • ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu nümayiş etdirməli;
  • ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli;
  • fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına uyğun olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə (3 və daha çox) müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir.

Yazı işinin qiymətləndirilməsi zamanı inşanın məzmununu, yazı savadı və aşağıdakı meyarlar nəzərə alınır:

  • İnşa yazı (esse) 2–4 səhifə (ən azı 2 səhifə və ya 420 söz) həcmində olmalıdır.
  • verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələr haqqında məlumata malik olunması;
  • abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun əhatə olunma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması;
  • çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;
  • yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi;
  • yazı işinin ədəbi dilin fonetik (orfoqrafiya və durğu işarələri), qrammatik və leksik normalarına tam riayət edilməklə yazılması.

Yazı işi yuxarıdakı meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

“Qeyri-məqbul” qiyməti mövzunun zəif əhatə olunduğu və ya heç əhatə olunmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya özünü tanıtmaq məqsədi ilə hər hansı bir işarə vurduğu, 8 və daha çox fonetik, qramatik və leksik səhvi olan yazılara verilir.

Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat (ad, soyad, ata adı, baba adı, məktəb adı, müəllim adı, yaşayış yeri və s.) yazması və ya özlərini tanıtmaqla bağlı hər hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri “sıfır” balla qiymətləndirilir. Seçdiyi mövzudan fərqli mövzuda, həmçinin 1 səhifədən (190 sözdən) az həcmdə yazılmış inşalar da “sıfır” balla qiymətləndirilir.

Qeyd edək ki, inşa mövzularına aid nümunələr DİM-in internet saytında (Bakalavriat > Faydalı) yerləşdirilib.

Read more

171 nömrəli məktəbin direktorunun səs yazısı yayıldı -

Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma APARILACAQ

Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva ilə bağlı mətbuatda və sosial şəbəkələrdə bir sıra iddialar yayılıb.

Yenixeber.org: Məlumata görə, onun müəllimlərə qarşı uyğunsuz davrandığı bildirilib.

Ona məxsus olduğu iddia edilən səs yazısında direktor müəllimləri təhqir edib.

Məsələyə  Bakı Şəhəri üzrə Təhsil İdarəsi münasibət bildirib.

Qeyd olunub ki, Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı İdarə tərəfindən araşdırma aparılacaq.

Bildirilib ki, hazırda məktəbin pedaqoji heyəti məzuniyyətdə olduğu üçün araşdırmanın məzuniyyət dövründən sonra aparılması nəzərdə tutulur.

"Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır", - açıqlamada bildirilir

Read more

Avqustun 11-dən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır

 

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.

Yenixeber.org: Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları seçim başlanana qədər nəşr olunacaq.

Read more

Müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq

 

Müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq.

Yenixeber.org xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli brifinqdə deyib.

Onun sözlərinə görə, 2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 min 901 müəllim iştirak edib:

“Sertifikatlaşdırmadan keçmiş 17 min 426 təhsilverənin vəzifə maaşına 35 faiz, 38 min 84 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunub. 2025-ci il üçün təşkil olunmuş sertifikatlaşdırılma prosesində 21 min yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edib. Test imtahan mərhələsində 6600 təhsilverən 51 bal və daha yuxarı, 11318 təhsilverən isə 30 bal və daha yuxarı nəticə göstərib”.

N.İsmayılbəyli bildirib ki, sertifikatlaşdırma prosesinin növbəti, yəni müsahibə mərhələsi avqustun sonlarından başlayacaq:

"İlk növbədə, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub”.

Read more