Məktəbli formaları ilə bağlı -

 

Ümumi təhsil müəssisələrində tətbiq edilən vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması və valideynlər üçün əlçatanlığın təmin edilməsi məqsədilə ölkə üzrə satış məntəqələrinin ünvanları təqdim edilib.

Yenixeber.org xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

“Vətəndaşlar qeyd edilən, eləcə də ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən istənilən satış məntəqələrinə müraciət edə bilərlər. Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.

Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya müraciət olduğu halda Agentliyin və yerli bölmələrinin “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər”, - məlumatda bildirilib.

Qeyd edilib ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən 4 növ geyim formasından birinin tətbiqi ilə bağlı müvafiq qərar qəbul edib.

Valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər Agentliyin və yerli bölmələrinin çağrı mərkəzi, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər. Valideynlər bu keçid vasitəsilə məktəbli formalarının satış məntəqələri barədə məlumat əldə edə bilərlər

Read more

Nərimanov rayonunda 200 nömrəli Məktəb-Lisey Kompleksinin korpusu acınacaqlı vəziyyətdədir -

media-84c5c837-4e87-487b-9e94-040f0797a49b

Nərimanov rayonunda 200 nömrəli Məktəb-Lisey Kompleksinin korpusu acınacaqlı vəziyyətdədir

Yenixeber.org: Redaksiyamıza daxil olan video görüntülər Nərimanov rayonunda yerləşən 200 nömrəli Məktəb-Lisey Kompleksinin (MLK) binasının çox bərbad vəziyyətdə olduğunu ortaya qoyub.

Kadrlarda aydın görünür ki, təhsil ocağının korpusunda döşəmələr dağılıb, tavanlarda asılmış lüstrlar sınaraq salxaq vəziyyətdə qalıb. Qapılar sınıq, çürük və istifadəyə yararsız haldadır. Ümumi mənzərə məktəbin illərdir əsaslı təmir görmədiyini, şagirdlərin isə təhlükəli şəraitdə dərs oxumağa məcbur qaldığını sübut edir.

Valideynlərin sözlərinə görə, məktəb rəhbərliyinə və aidiyyəti qurumlara dəfələrlə müraciətlər edilsə də, indiyədək problemin həlli istiqamətində ciddi addım atılmayıb. Əksinə, hər keçən gün vəziyyət daha da pisləşir.

Belə vəziyyət isə həm şagirdlərin sağlamlığı, həm də tədrisin keyfiyyəti baxımından ciddi narahatlıq doğurur. Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə çalışacağıq və nəticələri ictimaiyyətə çatdıracağıq.(patrulaz.az)



Read more

MİQ üzrə müsahibə mərhələsinin nəticələri elan olunub

 

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Yenixeber.org: Bu barədə Təhsil İnstitutunun İnsan Resusları Mərkəzi məlumat yayıb.

Müsahibələrdə uğur qazanan namizədlər 3 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 29 avqust saat 18:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu 1 sentyabr saat 18:00-da başa çatacaq.

Qeyd edək ki, müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.

Nəzərinizə çatdırırıq ki, yaxın günlərdə onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Read more

Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi başlayıb

 

Dövlət İmtahan Mərkəzi (DİM)  ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 29-dan sentyabrın 3-dək ixtisas seçimi elan edib.

Yenixeber.org xəbər verir ki, bu barədə DİM məlumat yayıb. 

Belə ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından "məqbul" alan abituriyentlər buraxılırlar. "Xoreoqrafiya sənəti (sahələr üzrə)" və "Rəqs müəllimliyi"  ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

İxtisas seçmək hü­ququ olan abi­tu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesa­bı­na və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidirlər.

Read more

Magistraturaya əlavə yerləşdirmənin qeydiyyat müddəti uzadılıb

 

Ali təhsil pilləsinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə ilə qəbul olunan namizədlərin qeydiyyat prosesi 1 sentyabr saat 18:00-dək uzadılır.

Yenixeber.org: Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Read more

Azərbaycanda xüsusi təhsil ləğv edilir? -

 

Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün nəzərdə tutulan xüsusi təhsilin ləğv edilməsi ilə bağlı iddialar əsassızdır.

Yenixeber.org xəbət verir ki, bu bardədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) "report"a məlumat verilib.

Məlumat verilib ki, xüsusi təhsildə təhsilalanların sayı cari vəziyyətdə 11 881 nəfər şagirdir. Həmin şagirdlər dövlət tərəfindən təlim vasitələri ilə (yemək, geyim, ayaqqabı, zəruri avadanlıq və fərdi texniki vasitələrlə və s.) təmin edilir.

Sağlamlıq imkanları məhdud şagirdlər üçün bir sıra ümumi təhsil müəssisələrində xüsusi siniflər də fəaliyyət göstərir. İnklüziv təhsilə cəlb edilən şagirdlərin sayı cari vəziyyətdə 333 nəfər təşkil edir. 2025-ci ildə artıq Bakı şəhərində və bölgələrdə 67 məktəbdə inklüziv təhsil həyata keçirilir.

2025-2026-cı il tədris ilində daha 24 müəssisəsədə (Bakı şəhəri üzrə-11, regionlar üzrə-13) inklüziv təhsil həyata keçiriləcək.

Read more

182 saylı məktəbdə müəllimlər məclis təşkil ediblər —

Bakıda müəllimlər məktəb binasında şəxsi məqsədlər üçün məclis təşkil ediblər.

Yenixeber.org: Binəqədi rayonu 182 saylı məktəbdə baş verən hadisə ilə bağlı bir vətəndaş Baku TV-nin "qaynar xətt"inə müraciət edib.
Şikayətçi bildirib ki, məktəb binasından şəxsi məqsədlər üçün istifadə olunduğunun şahidi olub. O əlavə edib ki, məktəbə 1 ildir ki, yeni direktor təyin edilməyib.
Həmin görüntüləri təqdim edirik:

Read more

Ən qocaman universiteti ən böyük “bazara” çevirən rektor –

Bakı Dövlət Universiteti uzun illər Kirov adını daşıyıb. Yalnız qısa bir müddət Rəsulzadənin adına olub.

Yenixeber.org: İndi isə BDU kimi fenomen, ali məktəb dedikdə nümunə göstərilən təhsil universiteti “Elçin Babayevin korrupsiya yuvası” adlanmaqdadır.
Bu adı “qazanmasında” rektor Elçin Babayevin “müstəsna xidmətləri” var. Onun rəhbərliyi dönəmində BDU kimi əzəmətli ali təhsil ocağı nüfuzdan düşüb, az qala ləğv edilmiş ABU-ya çevrilməkdədir. Bu da məhz rektorun yaratdığı “şərait”dən irəli gəlir.
Belə ki, mediada yayılan məlumatlar, siyasətçilərin çıxışları belə deməyə əsas yaradıb. Bildirilir ki, universitetin rektoru Elçin Babayevin təhsil müəssisəsini böyük rüşvət yuvasına çevirməsi haqda iddialar var. Tələbələrin bilərəkdən imtahandan kəsilməsi, sonradan rüşvət tələb olunması BDU rəhbərliyinin “idarəçilik prinsipi”nin əsasını təşkil edir.
KİV-də gedən xəbərlərə görə, bütün bunları təkcə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi faktı təsdiqləyir.
Eyni zamanda, sabiq deputat, təhsil eksperti Etibar Əliyevin “universitet islahatları ilk növbədə BDU-dan başlamalıdır” fikri rektor Elçin Babayevin yerində olmadığına dəlalət edir. Görünür, keçmiş Abel Məhərrəmov onun yayında “toya getməli”dir.
Əslində, 2019-cu ilin martında nisbətən gənc, müasir düşüncəli Elçin Babayevin rektor təyin edilməsi çoxlarını sevindirmişdi. Amma bu 6 il ərzində BDU-nu elə günə salıb ki, özünün də reputasiyası zədələnib, ali məktəbin də. Hətta beynəlxalq göstəricilərdə bunu görmək mümkündür.
Ümumiyyətlə, BDU əvvəlki deyil və təhsilin keyfiyyəti də aşağı düşüb. Bu azmış kimi, rektor universitetdə biznes də qurub.
Məsələn, media resurslarında yayılan informasiyalara görə, rektor Babayev universitetin yeməkxanasını “Gate 25” restoranının sahibi Eldar Daşdıyevə icarəyə verib. Təsəvvür edirsinizmi, universitetin kafesindən necə istifadə edilir?100 il bundan əvvəl universitet yarananda Rusiyadan professor Razumovskini gətirmişdilər ki, belə müəssisənin rəhbəri sanballı adam olsun. Tariximizin ən çətin məqamlarında, alimlərin barmaqla sayıldığı illərdə Yusif Məmmədəliyev, Abdulla Qarayev, Şəfayət Mehdiyev, Cəfər Xəndan kimi akademiklərin, professorların rektorluq etdiyi bir məbədgaha indi elmlər namizədi rəhbərlik etməlidirmi?
O da deyilir ki, rektorun rəhbərliyə gətirdiyi kadrların da heç birinin elmi dərəcəsi, təhsillə əlaqəsi yoxdur. Fikrət Heydərov, Əliş Ağamirzəyev, Mirzə Mirzəyev, Elçin Məmmədov, Rəşad Cabbarov, Ləman Hüseynbəyli ayr-ayrı sahələrdən BDU-ya cəlb olunublar.
Bundan əlavə, maxinasiyalar da diqqət çəkir. Misal üçün 2024-cü ilə aid BDU-nun tədris və inzibati binalarının, eləcə də ərazilərin mühafizəsi üçün “Gesco” ASC-yə 717 min 274 manat ayrılıb. O cümlədən, universitetdə qazanxana üçün “A.E.S – Trading” MMC -yə 2 milyon, 498 min manat ödənilməlidir. Çox qəribədir ki, mühafizə üçün 2023-cü ildə eyni şirkətə 200 min manat artıq ödənilib. Habelə, qazanxana tenderinin maliyyə pozuntusuna görə məhkəmə tərəfindən cərimələnən həmin şirkətə yeni vəsait verilməsi kifayət qədər ciddi suallar yaradır. Necə ki, yeni təmirdən çıxmış I korpusda və stiliyi üçün 78 min manat xərclənmiş II korpusda qış aylarında istiliyin olmaması da suallar doğurur: maxinasiyadırmı, korrupsiyadırmı?!
Satınalma haqqında qanunun tələbləri də zərurət olmadığı halda universitetə 6 ədəd bahalı avtomobilin alınması zamanı pozulub. Salonda hər birinin qiyməti 51 min manat olan avtomobillərə müəllimlərin “boğazından kəsərək” 300 min manatdan çox xərcləməyi bir yana, bu avtomobilləri 72 min manata qeydiyyatdan keçirilib. Hazırda bu avtomobillərdən ikisi yalnız rektorun şəxsi işlərinə xidmət edir. Valideynlərin təhsilə ödədikləri vəsaitin hansı çətinliklərlə əmələ gəldiyini bilməyən Elçin Babayev qəpik-qəpik yığılan bu pulu sağa-sola, hara gəldi xərcləyir. Bir soruşan varmı ki, bu səlahiyyəti kim verib?!
Yeri gəlmişkən, konkret.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bu insanların məqsədi gənc nəsli incidib dövlətin əleyhinə qaldırmaqdır: “Ona görə də rektor haqda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət ünvanlamaq lazımdır. Tələbələrdən rüşvət alan yerdə tutmaq lazımdır ki, ağılları başlarına gəlsin. Çünki bu cür rektorlar Azərbaycanın üz qarasıdır”.
Hafiz Hacıyev deyib ki, rektor Elçin Babayev o yerə layiq olmayan adamdır: “Onun yaxın vaxtlarda yeri ya “Bandotdel”, ya da “DTX” olacaq. Çünki bu cür insanlara qarşı çox ciddi mübarizə aparmaq lazımdır”. Partiya sədrinin sözlərinə görə, Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar.
Bununla belə rektorun və BDU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin həm mediada yayılan iddialar, həm partiya sədrinin ittihamları ilə bağlı mövqeyini işıqlandırmağa hazırıq.
AnXeber.Az
Read more

Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılacaq

 

Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədi ilə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.

Yenixeber.org xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Qrupların komplektləşdirməsi prosesi 1-15 sentyabr tarixlərini əhatə edəcək. Komplektləşdirilmə prosesi yekunlaşdıqdan sonra isə uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.

Read more

Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” -

Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Dünən Elm və Təhsil Nazirliyi iki tenderinin nəticəsini açıqlayıb.

Yenixeber.org: Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi öncəliklə “VIVA MEDICAL GROUP” MMC ilə anlaşıb.
Tədris laboratoriyaları və STEAM istiqamətli mərkəzlər üçün avadanlıqların satınalınmasını həyata keçirmək üçün İdarə MMC-nin hesabına 9 milyon 950 min 83 manat 95 qəpik köçürəcək.
Nazirliyin keçirdiyi ikinci tenderin qalibi isə daha maraqlı şirkətdir. Belə ki, Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi köhnə tanışı ilə ümumtəhsil müəssisələrinə “digər malların alınması” xərc maddəsi üzrə mallarının satınalınması məsələsində anlaşıb. Söhbət “SİMPLEX” QSC-dən gedir. Və bağlanılan müqavilənin dəyəri isə 3 milyon 981 min 830 manat 76 qəpik təşkil edir.
Tribunainfo.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin “Simplex” şirkəti ilə son bir ildə 10 dəfə yolları kəsişib. Daha dəqiq desək, “Simplex” QSC yalnız nazirliyin tabeliyində və balansında olan müəssisələrin tenderlərini udub.
Belə ki, ötən bir ildə “Simplex” Elm və Təhisl Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin keçirdiyi 8 tenderin qalibi olub. Həmin tenderlər üzrə şirkət nazirlikdən 57 milyon 468 min 146 manatlıq sifariş alıb. Həmin tenderlərdən ən qəribəsi isə dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması ilə bağlıdır.
Araşdırma zamanı məlum olub ki, “SİMPLEX” QSC bu tenderlərdən birini 03.10.2024-cü ildə udub. Bunun müqabilində isə 19 milyon 254 min 645 manat 1 qəpik pul alıb. Həmin tenderin üzərindən 8 ay keçdikdən sonra isə şirkət eyni məzmunda ikinci tenderin də qalibi olub. Belə ki, 20.06.2025-ci ildə tərəflər arasındakı anlaşmanın dəyəri 19 milyon 421 min 921 manat 4 qəpik təşkil edib.
Bundan başqa, “Simplex” ETN-ə yumuşaq mebel dəsti, kreslolar və digər avadanlıqlar da satıb. Açıq mənbələrdə qeyd edilir ki, son bir ildə şirkətlə nazirlik arasında bununla bağlı iki satınalma prosesi reallaşdırılıb. Onlardan biri 5 milyon 411 min 128 manat 9 qəpik, digəri isə 6 milyon 483 min 291 manat 66 qəpiyə başa gəlib.
Amma “Simplex” təhsil sektorundan kənara çıxmayıb. Tribunainfo.az xəbər verir ki, şirkət Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də tenderlərinin qalibi olub. Son bir ildə universitetin 3 tenderini udaraq, heç də kiçik olmayan pullar qazanıb.
Həmin tenderlərdən ikisi ADNSU-nuin nəzdində fəaliyyət göstər Azərbaycan Fransız Universiteti üçün nəzərdə tutulub. Bu quruma tələb olunan reagentlərin, digər laboratoriya ləvazimatlarının və İT xidmətinin satın alınmasını ehtiva edib. Həmin anlaşmalardan birinin dəyəri 557 min 873 manat, digəri isə 781 min 106 manat olub.
Amma ötən bir ildə “Simplex” universitet üçün BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ayrılmış qrant hesabına avadanlığın satınalınmasını da reallaşdırıb. Bu razılaşma isə 995 min 700 manat təşkil edib.
Qeyd edək ki, “Simplex” QSC (VÖEN 2601600121) 2015-ci ilin iyunun 4-də yaradılıb. Özəl şirkət Bakı Şəhəri Nəsimi Rayonu, Cəlil Məmmədquluzadə, Ev 102a, Sity Point ünvanında qeydiyyatdadır. Şirkətin qanuni təmsilçisi Fətullayev Elmir Tofiq oğludur. Şirkətə faktiki rəhbərliyin isə Seymur İsmayılov adlı şəxsin rəhbərlik etdiyinə dair məlumatlar var. S.İsmayılov bir neçə il bundan öncəyə qədər təhsil nazirinin müşaviri olub.
Read more