Ötən il kollec və universitetlərdə təhsil alan qadınların sayı kişilərin sayından çox olub

 

Ötən il 63 min 361 nəfər orta ixtisas təhsili müəssisələrində (kollec) təhsil alıb, onlardan 39 min 758-i qadın olub.

Yenixeber.org xəbər verir ki, bu barədə məlumat “Azərbaycanda təhsil, elm və mədəniyyət" adlı statistik məcmuədə əks olunub.

Məlumata əsasən, 2024-cü ildə ali təhsil müəssisələrində 246 min 529 tələbə olub, onlardan 126 min 92-si qadındır.

Onu da qeyd edək ki, 2023-cü ildə 41 min 27 qadın kollecdə, 118 min 290 nəfəri isə ali məktəblərdə tələbə olub.

Read more

Qazax–Tovuz təhsilində “rüşvət mexanizmi”:

Qazax–Tovuz təhsilində “rüşvət mexanizmi”: sistemli böhran
Qazax–Tovuz Regional Təhsil İdarəsində baş verən proseslər barədə ortaya çıxan iddialar maarif sistemində dərin struktur problemlərinin mövcudluğunu göstərir. Təhsil – cəmiyyətin inkişafının baza sütunlarından biri olsa da, bölgədə müşahidə olunan vəziyyət bu sütunun ciddi şəkildə sarsıldığını deməyə əsas yaradır.

Yenixeber.org: İddialara görə, təhsil sektorunda rüşvət amili inzibati idarəetmənin əsas meyarına çevrilib. Yəni, müəllimlərin işə qəbulu, direktorların təyinatı və hətta gündəlik idarəçilik mexanizmləri belə maliyyə maraqları əsasında formalaşır. Belə bir mühitdə peşəkarlıq, biliyə əsaslanan seçim və keyfiyyətli təhsil arxa plana keçir, “kim daha çox ödəniş etdi” prinsipi isə prioritetə çevrilir.
Müşahidəçilərin qənaətinə görə, təhsil idarəsinin rəhbərliyi müstəqil qərar vermək gücündə deyil. İddia olunur ki, idarə müdiri, əsasən, MÜDTA-nın müavini kimi təqdim olunan Arslanın göstərişlərini icra etməklə kifayətlənir. Beləliklə, təhsil sahəsi dövlət maraqlarından uzaqlaşıb, şəxsi maraqların xidmətinə yönəlir. Bu isə sistemli idarəçilik modelini zədələyərək təhsildə böhranlı mühit yaradır.
Analitik yanaşma göstərir ki, korrupsiya təhsil sisteminin bütün pillələrinə təsir edir. Aşağıdakı diaqramda iddia olunan mexanizmin hansı mərhələlərdə daha güclü işlədiyi göstərilib:

Sosioloji baxımdan bu hal iki əsas nəticəyə gətirib çıxarır:

1. Valideynlər – övladlarının təhsil perspektivini düşünmək əvəzinə, maliyyə ödənişləri barədə narahatlıq keçirir.

2. Müəllimlər – bilik və bacarığı ilə yox, yalnız cibinin “qədrinə görə” qiymətləndirilir.

Elmi yanaşma göstərir ki, korrupsiyanın hökm sürdüyü təhsil sistemlərində şagirdlərdə dürüstlük, zəhmətsevərlik və vicdan kimi fundamental dəyərlərin formalaşması qeyri-mümkündür. Əksinə, belə mühitdə gənc nəsil “ikili standartların” və “susaraq razılaşmağın” daha əlverişli yol olduğunu öyrənir. Bu isə uzunmüddətli perspektivdə cəmiyyətin intellektual və mənəvi potensialını zəiflədir.
Əgər iddialar təsdiqini taparsa və vəziyyət dəyişməzsə, bölgənin təhsil sistemi dərin uçuruma sürüklənəcək. Çıxış yolu isə açıqdır: idarəetmənin şəffaflaşdırılması, ictimai nəzarət mexanizmlərinin tətbiqi, rəhbərlərin şəxsi maraqlar yox, dövlət və cəmiyyət maraqları naminə fəaliyyətə məcbur edilməsi.
Təhsil sahəsində baş verən bu cür neqativ halların aradan qaldırılması yalnız institusional islahatlar və ictimai fəallığın artması ilə mümkündür. Əks halda, bölgə maarifi gələcək nəsillər üçün ciddi təhlükə mənbəyinə çevriləcək.
QEYD: Bildiririk ki, sözügedən regional təhsil idarəsi barəsində redaksiyamıza çoxsaylı müraciətlər gəlməkdə davam edir. Odur ki, mövzunu davam etdirəcəyik və hazırda müraciətlər əsasında apardığımız araşdırmaların nəticələrini qarşıdakı günlərdə silsilə şəkildə diqqətinizə çatdırcağıq.(doguxeber.az)
Bizi izləyin.

Read more

Tələbələrdən kütləvi NARAZILIQ:

 

Bir neçə gündür ki, mətbuatda və sosial şəbəkələrdə xaricdə təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsinə süni əngəllər yaradıldığına dair ciddi narazılıqlar gündəmdədir.

Yenixeber.org xəbər verir ki, onlarla tələbə və valideyn Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin verdiyi imtina qərarlarının qanunsuz və əsassız olduğunu bildirir.

Lakin bütün bu ictimai təzyiqə baxmayaraq, Agentlik hələ də real və ictimaiyyətə yönəlik bir açıqlama verməyib, problemi həll etmək üçün konkret mexanizm təqdim etməyib. Tələbələrə təqdim olunan imtinalar isə ziddiyyətli və qanunvericiliyə uyğun gəlməyən əsaslarla izah edilir.

Xaricdə təhsil alan tələbələrin narazılıqları əsasən iki məsələ ilə bağlıdır:

  1. Kredit sayı bəhanəsi ilə imtina.

Tələbələrə bildirilib ki, 4 semestrdə 120 kredit toplamaq şərtini yerinə yetirməyiblər (məsələn, 110 kredit toplayıblar). Halbuki Nazirlər Kabinetinin 348 nömrəli qərarının 3.2.2 bəndində açıq şəkildə yazılıb ki, “Akademik borcu olan tələbənin kreditləri normadan az ola bilər”. Bu isə o deməkdir ki, tədris borcu olan tələbəyə kredit azlığına görə rədd cavabı vermək qanun pozuntusudur.

  1. YÖS imtahanı ilə bağlı absurd arqumentlər.

Tələbələrin böyük hissəsi 2023-cü ildə Türkiyə dövlət universitetlərinin keçirdiyi YÖS imtahanı ilə ali məktəblərə qəbul olunub. Lakin Agentlik onlara bildirir ki, yalnız TR-YÖS nəticələri etibarlıdır. Bu isə hüquqa ziddir – çünki TR-YÖS yalnız 2024-cü ildən vahid formada tətbiq olunur və 2023-cü ildə bu tələbin hüquqi əsası olmayıb. 2023-cü ildə imtahan verən tələbədən 2024-cü il nəticəsi tələb olunur.

Tələbələrin və valideynlərin əsas narazılığı ondan ibarətdir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məsələ ilə bağlı doğru-düzgün açıqlama verilmir. Agentlik ictimaiyyətin bu qədər iradına, mediada yayılan xəbərlərə, hüquqşünasların və ekspertlərin rəyinə ya reaksiya vermir, ya da cavablarında problemin həlli üçün heç bir mexanizm göstərmir. Tələbələr sadəcə cavab istəmir. Onlar konkret, qanuni, obyektiv və şəffaf həll yolu tələb edirlər.

Dosent İlham Əhmədov mövzu ilə bağlı şərh verib: “Diplom məsələsi süni şəkildə mürəkkəbləşdirilib. Azərbaycanla Türkiyə arasında əməkdaşlıq müqaviləsi var, diplomların qarşılıqlı tanınması mövcuddur. Əgər bu şəxs Türkiyənin rəsmi qeydiyyatından keçmiş universitetində təhsil alıbsa, diplom əldə edibsə və onu qeydiyyatdan keçiribsə, bu diplom avtomatik olaraq tanınmalıdır. Əgər ‘tanımırıq’ deyirlərsə, bu artıq qeyri-qanunidir. Eyni qayda Rusiya və Qazaxıstan üçün də tətbiq olunmalıdır.

Bu gün dünyada hər yerdə distant təhsildən istifadə olunur. Biz isə bu sahədə 50 il geridəyik. Distant təhsildə sərhədi keçmək lazım deyil. Bizim məmurlar deyirlər ki, ‘sən sərhədi keçməmisən, sənin diplomun qüvvədə deyil’. Əgər sərhədi keçəcəkdisə, distant formada niyə oxuyurdu ki? Distant təhsil həm ucuzdur, həm yol xərci olmur, həm də kirayə pulu tələb etmir. Hər baxımdan vətəndaş üçün əlverişlidir. Bu gün ölkəmizdə təhsil haqlarının bahalaşmasından danışırıq. Əgər vaxtında distant təhsili inkişaf etdirib, onun xidmətlərini təqdim etsəydik, bu gün ali təhsilin qiyməti 3-4 dəfə daha ucuz ola bilərdi”.

Qeyd edək ki, məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ilə müraciət etmişik, cavablandırıldığı təqdirdə yayımlanacaq. (Musavat)

Read more

Tədrisi digər dildə olan VI siniflərdə "Azərbaycan tarixi" fənni dövlət dilində tədris olunacaq

 

2025-2026-cı tədris ilindən ümumi təhsil müəssisələrinin tədris dilindən asılı olmayaraq VI siniflərdə də "Azərbaycan tarixi" fənni dövlət dilində - Azərbaycan dilində tədris olunacaq.

Yenixeber.org xəbər verir ki, bu, yeni təsdiqlənən ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planında əks olunub.

Qeyd edək ki, ötən tədris ilində bu tələb sırf V siniflərə şamil edilib.

Read more

İlin altı ayında 28 nəfər professor adı qazanıb

 

2025-ci ilin I yarısında 28 nəfərə professor elmi adı verilib.

Yenixeber.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.

Belə ki, ən çox elmi ad verilən sahələr texnika və iqtisadi elmlər üzrə olub.

Bundan başqa, 3 nəfərə professor elmi adının verilməsinə imtina verilib.

Read more

Magistraturaya boş qalan plan yerlərinə 617 nəfər qəbul edilib

 

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri açıqlanıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1418 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 617 nəfər (o cümlədən 96 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Read more

Rezidenturaya qəbul olunan namizədlərin qeydiyyatının vaxtı açıqlanıb

 

Ali təhsil pilləsinin rezidentura səviyyəsinə qəbul olunan namizədlərin avqustun 21-də saat 11:00-da elektron qeydiyyat prosesinə start veriləcək.

Yenixeber.org xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Elektron sistem üzrə qeydiyyat 28 avqust saat 18:00-da yekunlaşacaq.

Read more

Bu il universitetlərə müsabiqədən kənar qəbul olunanların sayı açıqlanıb

 


Bu il 208 nəfər müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Yenixeber.org xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, onlardan iki nəfər beynəlxalq fənn olimpiadası, 88 nəfər respublika fənn olimpiadası, 83 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 35 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi, ümumilikdə 676 abituriyent ADA Universitetinə qəbul olunub.

Read more

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb

 

Hazırda Türkiyədə 45 minə yaxın azərbaycanlı tələbə təhsil alır.

Yenixeber.org: Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.

Qeyd edilib ki, ümumilikdə 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə TKTA-ya 22 min 578 müraciət daxil olub. Bu müraciətlərin 5 min 327-si (19%) Türkiyədə əldə olunan kvalifikasiyaların payına düşür.

Məlumata görə, ötən altı ilə münasibətdə Türkiyədən əldə olunan kvalifikasiyaların tanınması barədə müraciətlərin 5107-si müsbət qərar, 220-si barəsində isə imtina qərarı verilib. İmtina səbəbləri Azərbaycan qanunvericiliyində də nəzərdə tutulmayan “açık öğretim” təhsilalma forması üzrə əldə olunan kvalifikasiyaların tanınmama faizinin kifayət qədər yüksək olması, eyni zamanda autentik olmayan kvalifikasiyaların tanınma üçün təqdim olunması əsas diqqət yetirilməli olan məqamlardır.
Read more

Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu başlayıb

 

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılıb.

Yenixeber.org xəbər verir ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi sentyabrın 1-dək davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə pedaqoji sahə üzrə ali təhsilli, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.

Read more