İxtisas seçimi üçün son 1 gün! -

 

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin başa çatmasına bir gün vaxt qalıb.

Yenixeber.org-un məlumatına görə, 18 avqust saat 09:15-ə olan məlumata əsasən, 72758 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib.

I qrupda 19998 nəfər, II qrupda 16000 nəfər, III qrupda 20911 nəfər, IV qrupda 5510 nəfər ərizəsini təsdiq edib.

Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

Qeyd edək ki, abituriyentlər 19 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

Read more

Gələn həftədən MİQ üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

 

Müəllimlərin işə qəbulu (MİQ) üzrə avqustun 20-dən etibarən müsahibə mərhələsinə başlanılır.

Yenixeber.org xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 3957 namizədin dəvət olunduğu müsahibələr avqust ayının 26-dək davam edəcək.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Read more

Qida Sənayesi Kollecinin hüquqşünası direktor və bir qrup əməkdaşı məhkəməyə verdi -

Qida Sənayesi Kollecində hüquqşünas Aynurə Muradova ilə direktor Sevinc Həmzəyeva arasında yaranan gərginlik məhkəmə müstəvisinə keçib.

Yenixeber.org: Əldə etdiyimiz məlumata əsasən, Aynurə Muradova kollecdə direktor və ona yaxın şəxslər tərəfindən təqib edilməsi, əsassız olaraq töhmət verilməsi və fəaliyyətinə süni maneələr yaradılması ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciət edib.
Onun sözlərinə görə, 15 iyul 2025-ci ildə keçirilən Pedaqoji Şurada direktor ona verilən səlahiyyətləri aşaraq tələbə Ülvi Əzizovun şəxsi həyatını müzakirəyə çıxarıb. Muradova buna etiraz etdikdə, Sevinc Həmzəyeva hüquqşünasa qarşı Nizam-İntizam Komissiyasının toplanmasını tələb edib.

Bakunews.az: A.Muradova bildirib ki, həmin gün səhhətində problem yarandığı üçün komissiya iclasına qatılmayıb:
"Pedaqoji Şuradan sonra səhhətim pisləşdi, qıcolma və təzyiq səbəbindən təcili yardım çağırıldı. Buna görə komissiya iclasına getmədim. Ertəsi gün yenidən iclas təyin etdilər, amma mənim şərləndiyim saxta iclasda iştirak etməyimin mənası yox idi" – deyə vurğulayıb.

Onun sözlərinə görə, töhmət qərarı ilə tanış olması üçün sənədin surətini tələb etsə də, bu sənəd ona təqdim edilməyib və imza atmaqdan imtina edib. Muradova əlavə edib ki, həmin anların video görüntüləri də mövcuddur.

Pedaqoji Şuranın əsas vəzifələri

Təhsil müəssisələrində fəaliyyət göstərən Pedaqoji Şura təlim-tərbiyə prosesini, tədris planlarını, proqramların icrasını, tələbələrin təlim nəticələrini və təhsil keyfiyyətini müzakirə etmək məqsədilə yaradılır. Şəxsi həyatın müzakirəsi isə Pedaqoji Şuranın səlahiyyətlərinə daxil deyil və etik normalara zidd hesab olunur.


Hüquqşünas əlavə edib ki, qanun pozuntularına görə Sevinc Həmzəyeva barəsində ikinci bir müraciətlə ayrıca məhkəməyə də şikayət ünvanlayıb.

Haşiyə:
Sevinc Həmzəyevanın Ağdam Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət etməsi ilə bağlı yayılan məlumatdan görünür ki, məsələnin kökü hüquqşünasın hansısa səhv addımında deyil. Bir direktorun öz əməkdaşının qeydiyyat ünvanını məhkəmə sənədlərində düzgün göstərməməsi, prosesin başlanğıcından etibarən ciddi suallar doğurur. Bu isə həm də belə bir qənaət yaradır ki, hüquqşünasla bağlı təqdim ediləcək real sübutlar mövcud olmayıb.

Ağdam Rayon Məhkəməsinə müraciətin əslində, direktorun idarəsində işləyən şəxslər barəsində dəqiq məlumatlara belə sahib olmamasını ortaya qoyduğu ehtimal edilir. Bu isə idarəçilikdəki problemlərin dərinliyindən xəbər verir. İlkin ehtimallara görə, məhkəməyə müraciətin əsas motivi daha çox yuxarı instansiyalara “mən haqlıyam, mənə toxunmayın” mesajını ötürmək olub.

Bununla yanaşı, Aynurə Muradova görüntü yaratmaq niyyətində olmadığını, əksinə, qanunun real işləməsini sübut etmək istədiyini açıq şəkildə bəyan edir. O, Qida Sənayesi Kolleci ilə bağlı baş verənləri aidiyyəti qurumlara təqdim etdiyini, nəticə olmadığı üçün ictimailəşdirdiyini bildirir ki, bu da mövcud prosedur qaydalarına tam uyğundur.

Muradova hazırda Nizami Rayon Məhkəməsində baş tutacaq proseslərə bütün jurnalistləri dəvət edir və məhkəmə öncəsi və sonrası açıqlama verəcəyini bildirir. Onun bu açıq mövqeyi və cəsarətli addımı, şübhəsiz, diqqətəlayiqdir.(Bakunews.az)
Read more

DİN-in Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu -

 

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib. 

Yenixeber.org xəbər verir ki, müsabiqədə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olunmaq üçün mandatdan keçib III ixtisas qrupu üzrə imtahan vermiş, lakin test imtahanının nəticəsinə əsasən, müsabiqədən keçməmiş 300 və daha yuxarı bal toplamış abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 14 avqust tarixində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı ş., Binəqədi rayonu, Q.Musabəyov küç.,4) müraciət etməlidirlər.

Read more

201 nömrəli məktəbin müəllimləri Afaq əliyevaya qarşı BİRLƏŞDİ: Prezidentə və Əmrullayevə ŞOK MÜRACİƏT -

 
Nizami rayonu 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevanın qanunsuz əməlləri ilə bağlı mediada dəfələrlə təkzibolunmaz faktlara əsaslanan materiallar dərc edilib.
Yenixeber.org: Məlumdur ki, Afaq Əliyeva 201 nömrəli tam orta məktəbi öz qanunları ilə idarə edir, heç kimə məhəl qoymur, təhsil ocağını rüşvət və korrupsiya məkanına çevirməkdən çəkinmir, dərs saatlarını istədiyi kimi bölür, məktəb üzü görməyən, hətta ölkə xaricinə köçən şagirdlərə özündən qiymətlər yazaraq sinifdən-sinifə keçməsinə şərait yaradır. Əlbəttə ki, bütün bunlar rüşvət qarışılığında həyata keçirilir. Bu faktlar azmış kimi Afaq Əliyeva məktəbin direktor müavini işləmiş Svetlana Hüseynovaya qarşı da qanunsuz əməllər və təxribatlar həyata keçirməyə cəhd göstərib. Hətta məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək Svetlana Hüseynovaya qarşı şantaj dolu ifadələr verməyə məcbur qoyub. Lakin onun planı ifşa edilib və mediada qanunsuzluqlarını əks etdirən səs yazıları yayılıb. Bundan sonrta Elm və Təhsil Nazirliyi tərəfindən Afaq Əliyeva ilə bağlı araşdırmalara başlanılıb. Lakin nədənsə, onu qoruyan "gizlli əllər" sayəsində Afaq Əliyeva sadəcə töhmətlə canını qurtarıb. Bu qədər qanunsuz əməl törədən, təhsil ocağında "at oynadan", tabeliyindəki işçiləri təhqir edən, müəllim adına yaraşmayan hərəkətlərə yol verən bir şəxsin niyə hələ də vəzifədə qalması və işdən çıxarılmaması ciddi suallar doğurur.
TehsilMedia.az xəbər verir ki, indi 201 saylı məktəbin bir qrup müəllimi Afaq Əliyevanın əməllərindən cana doyduqları üçün Prezident İlham Əliyevə və nazir Emin Əmrullayevə şikayət məktubu ünvanlayaraq direktorun işdən azad olunmasını xahiş edirlər. 13 nəfər müəllim elə bir həddə çatıb ki, hətta Afaq Əliyevanın rəhbərliyi altında işləmək istəmədiklərini bildirirlər. Məktəbə gəlməkdən imtina edirlər. Bu fakt öz-özlüyündə müəllimlər ayağa qalxdığının, Afaq Əliyevaya qarşı üsyan etdiyinin, haqq səsini ölkə başçısına çatdırmaq istəyinin bariz nümunəsidir. Qeyd edək ki, Təhsil Haqqında Qanunda kimlərin direktor vəzifəsini icra edə biləcəyi ilə bağlı müddəalar yer alıb. Afaq Əliyeva isə o müddəaların heç birinə cavab vermədiyi halda, hələ də vəzifədə qalır. Görəsən, Emin Əmrullayevin Afaq Əliyevanı vəzifədə saxlamasının səbəbi nədir? Niyə cənab Əmrullayev ölkə qanunlarını tapdalayan bir şəxs barədə qərar verməkdən çəkinir? Bu açıq sualların cavabı yəqin ki, zamanla ictimaiyyətə məlum olacaq.
Bundan başqa Xəzər Rayon Məhkəməsinin qərarına əsasən Afaq Əliyevanın məktəbin direktor müavini Svetlana Hüseynovanı təhqir etdiyi təsdiqlənib. Hətta Appelyasiya və Ali Məhkəmə də bu qərarı qüvvədə saxlayıb. Afaq Əliyevanın təkzib verməsi və konpensasiya ödəməsi ilə bağlı qərar qəbul edib. Lakin Afaq əliyeva məhkəmə qərarlarını da heçə sayaraq, onları icra etmir, heç kimi təhqir etmədiyini vurğulayır. Ortada ekspertiza rəyi ola-ola bu cür açıqlama verən Əliyevanın məntiqi başa düşülən olmasa da, onun kimlərəsə arxalandığı gün kimi ortadadır. Ancaq Afaq Əliyeva unudur ki, ölkə hüquqi qanunlarla idarə olunur və Əliyeva gec-tez öz əməllərinə görə cəzasını alacaq. Çünki onun kimi müəllim adına ləkə gətirən bir şəxsin direktor vəzifəsində qalması gələcəyimizi təhlükə altına qoyan faktlardan biridir.
Read more

Yeni ildə tədris ili üzrə 125 min uşağın birinci sinfə qəbulu tamamlanıb

 

Yeni ildə tədris ili üzrə indiyədək 125 min uşağın birinci sinfə qəbulu tamamlanıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, proses ilkin mərhələdə Bakı və digər regionlarda prioritet tətbiq olunmaqla həyata keçirilib.

Hazırda hər bir kəs məktəbəqəbul.edu.az platformasına daxil olmaqla seçdikləri məktəb və müəllim üzrə, boş yer olduğu təqdirdə, tədris azərbaycan və digər dillərdə aparılan ümumitəhsil müəssisələrinə sorğularını yerləşdirə bilər.

Qeyd edək ki, 2025-2026-ci tədris ili üzrə uşaqların 1-ci sinfə qəbul prosesinə mayın 6-da start verilib və proses 12 sentyabra qədər davam edəcək.

Read more

Bu il 75 minə yaxın müəllim sertifikatlaşdırmadan uğurla keçib

 

Bu il 75 minə yaxın müəllim sertifikatlaşdırmadan uğurla keçib və əmək haqqını əlavələrlə alacaq.

Yenixeber.org xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Məlumata əsasən, 2025-ci il üçün təşkil olunmuş sertifikatlaşdırılma prosesində 21 minə yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edib.

Test imtahan mərhələsində 6600 təhsilverən 51 bal və daha yuxarı, 11 min 318 təhsilverən isə 30 bal və daha yuxarı nəticə göstərib.

Qeyd edək ki, Sertifikatlaşdırma prosesinin növbəti mərhələsi, yəni müsahibə mərhələsinə artıq avqust ayının sonlarından etibarən başlayırıq. İlk növbədə təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub.

Read more

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub

 

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub.

Yenixeber.org: Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb

Bildirilib ki, namizədlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 905 namizəddən 4 nəfər imtahana gəlməyib. Namizədlərdən 610 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə topladığı test balı 50 və daha yuxarı) ödəyərək ixtisaslaşma seçiminə buraxılıb.

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi avqustun 13-dən 17-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri də dərc edilib.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Namizədlər Apellyasiya komissiyasına 12 avqust saat 10:00-dan 13 avqust saat 17:00-dək apelyasiya.dim.gov.az saytı vasitəsilə müraciət edə bilərlər.

Read more

İxtisas seçimində öz istəyinizi və balınızı nəzərə almalısınız

 

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə müraciət edib.

Yenixeber.org xəbər verir ki, o, abituriyenlərə ixtisas seçimini özlərinin aparmağını məsləhət görüb.

"Bal sizin əməyinizin nəticəsidir, seçim də sizin olmalıdır. Biz verdiyimiz məlumatları təhlil edib, öz prioritetlərinizi müəyyənləşdirərək seçim etməlisiniz. Əlbəttə ki, öz istəyinizi və balınızı nəzərə almalısınız. Real imkanlarınızı statistika ilə müqayisə etməlisiniz. İnanıram ki, seçiminiz uğurlu olacaq. Seçim etməkdən qorxmayın", - DİM sədri qeyd edib.

Read more

Bu gün ali məktəblərə ixtisas seçimi başlayır

 

Ali təhsil müəssisələrinə ixtisas seçimi 11-19 avqust tarixlərində aparılacaq və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” gün ərzində aktiv ediləcək.

Yenixeber.org: Bu barədə  Dövlət İmtahan Mərkəzin məlumat yayıb.

Bildirilib ki, abituriyentlər ixtisas seçimi ilə bağlı Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universiteti, Sumqayıt Dövlət Universiteti və bu ildən etibarən fəaliyyətə başlayan Azərbaycan Milli Konservatoriyasında ödənişsiz əsaslarla xidmət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

Bundan əlavə, cədvəldə verilmiş tarixlərdə rayon təhsil sektorlarında DİM-in əməkdaşları və Rayon Təhsil Sektorlarının əlaqələndiriciləri tərəfindən abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək.

Bölgələrdə Rayon Təhsil Sektorlarında və məktəblərdə fəaliyyət göstərəcək “Abituriyent Məsləhət Mərkəzləri”nin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Read more