Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ŞƏKİ SUVARMA SİSTEMLIƏRİ İDARƏSİNİN KEÇƏN İLDƏ ŞİN ÇAYINDA VURDUĞU 320 KUB M QABİON BƏNDİ GÖRƏN OLUBMU? -İLGİNC FAKTLAR

Əhmədov Sabiri "çaytəmizləmə əməliyyatını"  gecələr həyata keçirməyə nə məcbur edir?
 
Yenixeber.org: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Baş nazir cənab Əli Əsədova, Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərova, Ombudsman Aparatının sədri xanım Səbinə əliyevaya, Dövlət Təhlükəsizlik Xidməti rəisi cənab əli Nağıyevə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikaylova, Maliyyə naziri cənab Samir Şərifova, digər hökümət orqanlarına və bir nüsxəsi də redaksiyamıza  Şəki rayonun Baş Göynük kənd sakinlərindən Əmirov Rizvan Mehrəli oğlu ( mob. 055 405 79 69), Həşimov Şahid Zahid oğlu və digər 76 nəfər şəxslər tərəfindən “Yaşadığımız kəndin Şin çay tərəfindən insan tələfatıilə nəticələnəcək sel və daşqın fəlakətinə qarşı təcili təxirəsalınmaz işlərin görülməsi” barədə 5 aprel 2024-cü il tarixli kollektiv müraciətlərinin bir nüsxəsi də redaksiyamıza  daxil olmuşdur. Müraciətdə qeyd edilən problemlər dövlət və ictimai əhəmiyyətli olduğuna görə geniş oxucu kütləsinə 08 aprel tarixli sayımızda "Real sel təhlükəsi altında qalan çarəsiz sakinlər dövlət başçısına müraciət etdilər" başlığı altında müraciəti olduğu kimi dəyərli oxucularımıza çatdırdıq:
  Doğrudur, rəsmi müracitdən yarım gün keçməmişŞəki Suvarma Sistemləri İdarəsindən cənab Rizvan əmirova zəng edərək ona əvvəlcə hədə-qorxu gəlinmişdir ki, siz niyə yuxarılara belə müraciət etmisiniz. Biz nə vaxt sizdən 1000 manat pul istəmişik. Biz sizi məhkəməyə verəcəyik, cavab verəcəksiniz və s. sözlər yığını. Söhbət bir qrup kənd sakininin 7 sentyabr 2023-cü ildə baş vermiş dəhşətli seldən sonra Şəki Suvarma Sistemləri İdarəsi rəhbərinin qəbuluna gedərək çay yatağının təcili təmizlənməsi işinin görülməsi barədə xahiş etmişlər. Sakinləri özünü təqdim etməyən və müdirin yerinə qəbul edən baş mühəndis Allahverdi Həmidov bildirmişdir ki,"Bu işin görülməsi üçün sizin qonşuluqda Baş Layısqı kəndindəidarəmizin ağır texnikası var. Amma bu işin icrası  üçün yanacaq pulu kimi heç olmasa 1000 manat  lazımdır. Kasıb kənd sakinləri də pul sözünü eşidib söhbəti yarımçıq qoyub dal dala qapıdan çıxıb evlərinə qayıtmışlar...
 İnternet resursları zərindən apardığımız araşdırmalardan isə məlum olmuşdur ki, Azərbaycan Respublikası Meliorasiya və Su Təssərrüfatı ASC-nin rəsmi internet saytında Şəki Suvarma Sistemləri idarəsinin 28 iyul 2023-cü il tarixli hesabat xarakterli məlumatı yayımlanmışdır.
https://mst.gov.az/az/news/520       

Məlumatda deyilir:
 "...Şəki Suvarma Sistemləri İdarəsi tərəfindən sel sularının maneəsiz axıdılması məqsədi ilə sel təhlükəli dağ çaylarında 137 min m3 həcmində məcra təmizləmə və tənzimləmə işləri həyata keçirilib. Bununla yanaşı rayonun sel təhlükəli dağ çaylarından olan Kiş çayında 100 m3 həcmində mövcud daş-beton bəndlərdə cari təmir işləri aparılıb, Şin çayda 320 m3 həcmində qabion bənd qurulub. Hazırda mühafizə işləri çərçivəsində Kiş çayda texnikaların iştirakı ilə qabaqlayıcı tədbirlər davam etdirilir..."

Şəki şəhərinin 1 km-də Kiş çayında təmizləmə işləri aparılır

 Bax belə yerdə deyiblər: " Avazın yaxşı gəlir, oxuduğun Quran olsa". Bəli, biz də sual edirik :  Doğrudanmı, 2023-cü ildə  Şəki Suvarma Sistemləri İdarəsi tərəfindən sel sularının maneəsiz axıdılması məqsədi ilə sel təhlükəli dağ çaylarında 137 min m3 həcmində məcra təmizləmə və tənzimləmə işləri həyata keçirilib ? Doğrudanmı Şin çayda 320 kub m qabion bənd vurulub?  Bəs biz ( elə məqalə müəllifi də daxil) bunları faktiki olaraq niyə görmürük. Əgər Şəki SSİ-si belə bir iş görübsə, o zaman 07 sentyabr 2023-cü ildə gələn sel niyə çay məcrasına sığmayıb istiqamətini kənd tərəfə salmış və 20 nəfərin bağ sahələrini sel altında qoymuşdur? Deməli, nəticə çıxarırırq ki, Hər il dövlət büdcəsindən Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrılan 2.2 milyrad manat hissədən Şəkidə dağ çaylarının ( Şin və Kiş ) məcralarının təmizlənməsi üçün ayrılan milyonlarla manat vəsaitlərin hamısı kağız üzərində böyük iştahla "SİLİNİRMİŞ. Bu maliyyə maxenasiyalarının başqa adı yoxdur.  Şəki SSİ-si sadəcə olaraq təyinatı üzrə ayrılan külli miqdarda vəsaitləri faktiki iş görmək əvəzinə mənimsəməklə məşğul olur. Və budur, 2023-cü ilin noyabr ayında Şəki SSİ-nə təşrif buyurmuş bir qrup kasıb kənd sakininə də baş mühəndis səviyyəsində utanmadan bəyan edirlər ki, dediyiniz çay yatağında təmizləmə işləri görmək üçün 1000 manat yanacaq pulu lazımdır ki, traktor işləyə bilsin. Bəs dövlətin Şəki SSİ-yə hər ildə ayırdığı 10 milyonlarla manat pulun taleyi necə oldu? 
Son məlumata görə Baş Göynük kənd sakinlərindən 70 nəfərin imzaladığı müraciətdən sonra Şəki SSİ rəhbərliyi son 10 gündür ki, haradnsa maliyyə tapıb idarəsinə məxsus traktorları çayda cuzi məcra təmizləmə işlərinə cəlb ediblər. Yenə də sağ olsunlar ki, sakinlərin müraciətlərini bu dəfə eşidiblər. Qaldı keçən il Şəki SSİ- rəhbərliyinin rəsmi raportunda qeyd etdikləri yəni, Şin çayda vurduqları 320 kub m qabion bəndin heç olmasa yerini göstərsinlər ki, biz də gedib yerində baxış keçirək.  Burad deyiblər, "yalan ayaq da tutar, yeriyər də amma qaça bilməz".
Cari ilin fevral və mart aylarında Böyük Qafqaz sıra dağlarına yağan qarın, yağışın nəticəsində toplanmış su kütləsinin miqdarını təsəvvür edə bilsək o zaman əminliklə deyə bilərik ki, SEL QAPIMIZIN KANDARINDADIR. İki traktorla indicə görməyə başladığınız formal işlərin isə Çin çayının dağıdıcı seli qarşısında dəryada bir damla hesab etmək olar. Biz isə hətta 2021-ci ildən dəfələrlə məslə qaldırmışıq ki,Şin çayına vurulan bəndlərin hamısı tam yarasız hala düşmüşdür və təcil olaraq 4.2 km uzunluğunda bəndvurma işləri görülməlidir ki, 6 kənd əhalisini  ( 20000 insanın yaşadığı) gecəyarısı gələ biləcək sel və daşqın suları qəfil yaxalamasın. Belə olduğu təqdirdə isə baş verəcək faciələrə görə bütün məsuliyyət Meliorasiya və Su Təsərrüfatı ASC və Fövqəladə Hallar Nazirliyi rəhbərliyinin üzərinə düşəcəkdir. 
P.S.  Bizim Şəki SSİ- rəhbərliyindən konkret xahişimiz budur ki, özlərinin də rəsmən qeyd etdikləri kimi, keçən il Şin çayına vurduqları 320 kub m qabion bəndin heç olmasa 20 kub m-ni mayın 11-dək fakt üzrə yerində göstərsinlər. 
 Araşdırmalar davam edir. 

İfadetv.com
     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam