ABŞ KƏŞFİYYATI İSRAİLİ "GÜNAH KEÇİSİ" ELAN EDİR - "Böyük Ermənistan" nağılı kimi "Böyük İsrail" xülyası da bitir

ABŞ-nin Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Co Kent bütün dünyanı qarışdıran sensasiyalı bəyanat verərək tutduğu vəzifədən istefa edib.
Yenixeber.org: Kent sosial media hesabında Trampa məktub ünvanlayıb. Məktubda deyilir:"İranla müharibəyə ABŞ-ni İsrail təhrik etdi. Mən Amerika övladlarının İsrail naminə ölməsinə etiraz edirəm. İran bizim üçün təhdid deyildi. Bu savaşı dəstəkləməyə vicdanım imkan vermir".

Ağ Ev bu bəyanatın həqiqəti əks etdirmədiyini açıqladı, İsrailə yaxın media qurumları isə Co Kenti "yəhudi düşməni" elan etdilər.
Pattel Yəhudi Haqlarının Müdafiəsi Liqasını (ADL) hədəf alaraq demişdi: "ADL gözətçi köpəklər kimi ABŞ-nin önəmli dövlət strukturlarını izləyir. O dövr bitdi və bu günkü FBİ o gözətçi köpəkləri ilə ortaq olmayacaq".

Öncə FBİ şefi Kaş Pattel, indi də Milli Antiterror Mərkəzinin direktoru Co Kent. Hər iki qurum kəşfiyyat orqanıdır. Maraqlıdır: Nə üçün Birləşmiş Ştatların ən böyük kəşfiyyat orqanlarının rəhbərləri ABŞ-nin düçar olduğu problemlərdə İsraili və sionist yəhudiləri günahkar görürlər? Doğrudanmı kiçik İsrail dövləti və ya bütün dünyadakı ümumi sayı cəmi 12–15 milyon olan yəhudi toplumu dünya hegemonu olan ABŞ-ı idarə edir? Bu bir həqiqətdirmi ki, Orta Doğudakı bütün müharibələrə ABŞ-ı İsrail soxub?
Son baş verənlər illərdir səsləndirilən "ABŞ İsraili, yoxsa İsrail ABŞ-ı idarə edir" sualını yenidən aktuallaşdırır.

İsrail dövləti yəhudi ağlının deyil, ingilis ağlının məhsuludur. Gizli dosyelər bir yana, açıq qaynaqlarda da İsrail Qərbin "ön cəbhədə qurulmuş plasdarmı" adlandırılır. Bu bir həqiqətdir. İsraildə yaşayan milyonlarla yəhudi rahat dövlətdə deyil, mütəmadi partlayışlar altındakı ön cəbhə şəraitində yaşayırlar.
Maraqlıdır, yəhudilər kimi ağıllı millət də bu cəfəngiyyata inanıb. Cəmi 6 milyonluq yəhudi toplumu, türklər də daxil, 200 milyon müsəlmanın yaşadığı geniş ərazilərdə "Böyük İsraili" qurmaq savaşlarına girişiblər. Savaş varsa, kontrollu xaos da var. Bu da çox böyük və zəngin regionu nəzarətdə saxlamaq üçün ən uyğun instrumentdir.

Paralellər aparaq. Ruslar türk torpaqlarında süni Ermənistan dövləti yaratdılar, erməniləri "Dənizdən dənizə Böyük Ermənistan" nağılı ilə aldadıb, bitib-tükənməyən savaşlara soxdular. "Dənizdən dənizə Böyük Ermənistan" və "Vəd olunmuş torpaqlarda Böyük İsrail". Hər ikisi süni yaradılmış dövlətdir və böyük regionları nəzarətdə saxlamaq üçün kontrollu xaos instrumentidir.
İranda fars hakimiyyətini quran, Xomeynini Fransa təyyarəsində Tehrana gətirən və "İsrailə ölüm" şüarını ortaya atıb "Şiə hilalına" geniş meydan açan da ingilis ağılıdır.
ABŞ hər zaman İsrail maraqlarını deyil, öz maraqlarını əsas tutub. İsrail maraqlarının Ağ Ev üçün önəmi olsaydı, Tramp ABŞ qoşunlarını Suriyadan çəkməzdi. İsrailin bütün cəhdlərinə rəğmən amerikalılar Suriyadan çəkildilər. Qəzzada da Tramp İsrailin deyil, müsəlman dövlətlərinin dediklərini əsas götürdü.
Sual yaranır: Ağ Ev üçün İsrailin deyil, Birləşmiş Ştatların maraqları üstündürsə, ABŞ-ın ən böyük kəşfiyyat orqanlarının rəhbərləri niyə bütün günahı Tel Əvivin üzərinə atırlar?

ABŞ-da son dövrlərdə, xüsusilə Qəzza qətliyamından sonra maraqlı tendensiya formalaşıb. Amerikan ictimai rəyi Birləşmiş Ştatların köklü problemlərinin əsas səbəbkarı kimi yəhudiləri və İsrail dövlətini görür. Bu trend beyinlərə hopub. Bu gün Ağ Evin üz-üzə qaldığı ən böyük problem İranla müharibədir. Uğursuz müharibədir və bu müharibənin məsuliyyəti kiminsə boynuna yüklənməlidir.
Amerika ictimai rəyi bütün problemləri yəhudilərin və İsrailin üzərinə atmağa meyillidirsə, niyə İran müharibəsinin günahkarı da yəhudilər olmasın? Trampın gah sağa, gah sola çarpan ziq-zaqlı mövqeyi ictimai rəy üçün meyar deyil. Ən sanballı kəşfiyyat rəhbərlərinin bəyanatları isə ictimai rəydə partlama effekti doğurur. Belədirsə, niyə uğursuz İran müharibəsinin məsuliyyəti də İsrailin üzərinə atılmasın?
Amerikalılar çox ciddi problemlərində yəhudiləri və İsraili "günah keçisi" elan ediblər. Sanballı kəşfiyyat rəhbərləri uğursuz İran kompaniyasının məsuliyyətini də yeni "günah keçisinin" boynuna yazıb Ağ Evin çökməkdə olan reputasiyasını qismən də olsa xilas etməyə çalışırlar. İstisna deyil ki, problem böyüdükcə ABŞ-İsrail münasibətlərindəki qarşılıqlı ittihamların sayı da artacaq.(Azpolitika)

Namiq Bilal








AZ
RU