Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Veysəloğlu” şirkəti məhkəməyə verildi

 

“Gəncə-Qənnadı” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Veysəloğlu-Yaycılı-Qardaşlar” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

 

Xeberinfo.com:   “Report”un məlumatına görə, ASC əmtəə nişanından cavabdehin istifadə etməsinin qanunsuz hesab edilməsi, əmtəə nişanından qanunsuz istifadə nəticəsində vurulmuş zərərin ödənilməsi, “Çinar” adlı şokolad konfetlərinin ticarət dövriyyəsindən çıxarılması və istifadə olunana material və avadanlıqların məhv edilməsi barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib. Lakin qərardan narazı qalan həm “Gəncə-Qənnadı” ASC, həm də “Veysəloğlu-Yaycılı-Qardaşlar” MMC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. 

Üçüncü şəxslər qismində Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti göstərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam