Yenixeber.org: Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
"Livanın cənubunda əsgərlər “Hizbullah”ın Radvan qüvvələrinin komanda mərkəzinin yerləşdiyi 800 metr uzunluğunda yeraltı möhkəmləndirilmiş tikili aşkar ediblər. Yeraltı obyektin içərisində raketlər, minaatan mərmiləri, motosikletlər, yemək və ləvazimatlarla təchiz olunmuş mətbəx də daxil olmaqla uzunmüddətli yaşayış yerləri tapıb”, - məlumatda deyilir.
İsrail ordusunun məlumatına görə, “Hizbullah” bu bunkeri işğal planının bir hissəsi və Qalileyanın fəthi kimi istifadə etmək niyyətində olub və məhz buna görə də komanda mərkəzini Livanın cənubundakı mülki ərazinin altına yerləşdirib.