Redaktor seçimi
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
Günün xəbəri

Mən sığa bilmirəm fani həyata

 
Mən sığa bilmirəm fani həyata,
Üzüldüm, qırıldım "giclər" əlindən.
Dəyişməz baxışım yəni həyata?...
Başımı itirdim " biclər" əlindən...
*****
Qələmi uzatdım sözlə, cümləyə,
Nöqtələr, vergüllər təsəllim oldu.
Söylədim fikrimi gözlə zümrəyə,
Kəçmişim, bu günə məsəlim oldu...
*****
Asıram özümü əsrin ipindən,
Aslanı, çaqqala oxşatmaq üçün.
Qaçıram bu günə keçib içindən,
Dur deyib; yenidən laxlatmaq üçün...
*****
Düşüncəm daralır görünən kifir,
Bilmirəm, yuvarlaq harda itəcək.
Yolların ayrıcı  nə vaxtsa sondur?
Əvvəlin sonu var, harda bitəcək...
*****
Sənlə mən, bizik biz, ayrılan nədır?
Səhfimiz, uzanır ləpirlər kimi.
Yaşanmış ömürdən sıyrılan nədir?
Qərib tək, yelkənsiz gəmilər kimi...
Təranə Şəms   9.04.2023


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam