Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əhalinin sosial müdafiəsini təmin etməli olan Nazirlikdə KÜTLƏVİ İXTİSAR: -Əməkdaşlar etiraz edir

 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işçilər kütləvi ixtisara məruz qalır.

Yenixeber.org: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) işçilərin kütləvi şəkildə ixtisar edilməsi ciddi narazılığa səbəb olub.

Belə ki, əhalinin sosial vəziyyətinin çətinləşdiyi pandemiya dönəmində işsiz qoyulan əməkdaşlardan bəziləri Nazirliyə gedərək öz etirazlarını bildiriblər.

Redaksiyamıza daxil olan videodan da aydın görünür ki, Nazirliyin binasında heç bir səbəb göstərilmədən ixtisara salınan əməkdaşlara müəyyən təzyiq göstərilir.

Bu məsələni dəqiqləşdirmək üçün sözügedən Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovla əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz olub.

Qeyd edək ki, prezident İlham Əliyevin pandemiya dönəmində işçilərin ixtisar olunmaması haqda tövsiyəsinə baxmayaraq, əhalinin sosial müdafiəsini təmin etməli olan ƏƏSMN-də kütləvi ixtisar həyata keçirilir. (yenicağ)

Mövzunu davam etdirəcəyik.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam