Bakıdakı apteklərdən birində murdar bir insident baş verib. Yenixeber.org-a ötürülən məlumata görə, aptek müdiri olduğu iddia edilən Cabbarov Elnur Elman oğlu işçisi Aysel adlı xanımı iş vaxtı vəhşicəsinə döyüb. Yayımlanan kadrlarda da müdirin işçini yumruqladığı, təpikləyərək yerdə sürüdüyü açıq-aşkar görünür. Əldə etdiyimiz məlumata görə Cabbarov Elnur Elman oğlunun Bakı şəhərinin müxtəlif ünvanlarında 6-7 apteki var. Bu apteklərin yerləri bizə məlum olsa da araşdırmamız qurtarandan sonra onların da siyahısını nəzəriniə çatdırcağıq! Bizi izləyin. Ardı var!