Genetik ölüm
Elmi-tədqiqatlar, araşdırmalar
(Azan səsinin və Kilsə zənginin genetikaya təsiri)
(75-ci yazı)
“Xeberinfo.com”: Araşdırma materiallarına görə bütün canlılaırın hərəkətində bir heroqlif var. Yəni bütün canlıların hərəkət cədvəli müxtəlif işarələrlə dövrələnmiş heroqlif toplusudur. Məsələn hər uçan quş, yuvasından qalxarkən onun uçuş tryaktoriyasında heroqliflə, yəni müəyyən xətlərlə yazılmış ilk söz “Allah” olur. Bu məsələ balıqlarda da, su altında, eləcə də quruda yaşayan digər heyvanlarda da eynidir. Bütün canlılar ilkin olaraq öz işini “Allah” sözü ilə qurur. Bu istiqəmətdə qədim əlyazmaları araşdıran rusiyalı professor D. S. Bakunun iddia edir ki, hələlik bütün bunlar elm üçün qaranlıqdır. Elm bunu təhlil etmək iqtidarında deyil, O, daha sonra yazır: ...Biz Allahın qarşısında gücsüz və qüdrətsiz olduğumuzu dərk etməliyik. Allah yer kürəsində bizim üçün o qədər həllini gözləyən problemlər qoyub ki, onun sayı bilinmir. Biz ki, bütün bunları bir yerə qoyub, göylə əlləşirik... Ulduzu, Ayı, Günəşi... öyrənməklə məşğuluq. Öyrənə bilmişikmi? Nə öyrənmişik? Axtardığımız göylərdə nə tapdıq? Məgər Aya çıxmaq mümkündürmü?... Bu yalandır, cənablar... Və yaxud genetik dəyişkənlikdə insan auralarında baş verən fasadları öyrənə bilmişikmi? Təbiəti bütün canlı qüvvəsində heroqlif cədvəllərini oxuya bilirikmi? Və yaxud nə üçün bütün həyat günçıxandan başlanır?... İnsanlara yerə qayıtmağı, yerdəki problemləri öyrənməyi məsləhət görərdim... Mən bütün alim dostlarıma, din xadimlərinə... məsləhət bilərdim ki, genetik araşdırmalarla məşğul olsunlar. Hər millət, hər kiçik etnik qrup öz genetik xəritəsini, heroqlif cədvəllərini qursunlar... Bunu bacarmayanların bir dəfəlik yer üzündən silinmələri kimliyindən asılı olmayaraq labüddür. Genetik xəritəsi olmayan millət, etnik qrup, ailə və yaxud nəsil... zaman-zaman ölüm yaxınlaşır, ölümlə üzbəüz dayanır. Məğlub olub, sıradan çıxır, yaddaşlardan silinir. Bunun nəticəsidir ki, indiyədək, yer kürəsi yaranandan bəri (bu böyük yanaşmadı) bəlkə də yüz minlərlə xalqın və etnik qrupun taleyini araşdıra bilməmişik, onların ədəbiyyatını, adət, ənənəsini, musiqisini, dilini, inanc yerlərini, dinini... ayırd edə bilməmişik. Yer üzündə elə bir sahə yoxdur ki, onu axıradək öyrənmiş olasan. Hər şey yarımçıq qalır... Ölüm zənglərimiz çalınanda hər şeyi yarımçıq buraxmağa məcbur oluruq...”
Professor fikirlərində qeyd edir ki, xristianlıqda seçilən kilsə zəngləri o dinə xidmət edən millətlərin və xalqların genetikasında... ana bətnində düşən hər bir uşaq üçün inqilablar yaradır. Yəni kilsə zəngi ana bətnindəki uşağın ilk tərbiyəsi, onun dünyaya gəlişini tənzimləyən, həyata çağırışının ilk başlanğıcıdır.
Məsələn tarixə nəzər salaq. Astraxanbazar (indiki Cəlilabad yaşayış məntəqəsi) rayonu ərazisindəki qədim Provolnoye rus kəndini, yəni ruslar yaşayan ərazini götürək. Bu kəndin yüz ildən artıq yaşı var. Araşdırma materiallarına görə 1960-cı ilədək bu kəndin həm günəş çıxan və həm də günəş batan nöqtələrində kilsə zəngləri olub. Hesablamalara görə 1960-cı ilin aprelin 13-dən kənddə kilsə zəngi kəsilib, qadağan olunub.
Vaxtilə o kənddən çıxan genotik-bioloq, Mixail Qriqoriyeviç Filolomonov verdiyi müsahibələrin birində qeyd edirdi ki, kilsə zənginə qədər bu kənddə doğulan uşaqlar çox sağlam, xəstəliklərə ciddi şəkildə immunitetli olurdular. Vaxtında dünyaya gəlir, vaxtında dil açır, vaxtında yeriyirdilər. Ölüm halları çox aşağı idi. Kilsə zənglərindən sonra bu kəndin ab-havası dəyişdi...Kəndin bağ-bağatında, həyət-bacasında yırtıcı, adı bilinməyən quşlar göründü. Ölüm halları çoxaldı. Ailələr dağılmağa başladı. Hamı tək yaşamağa üz tutdu. İnsani, müdrik münasibətlər məhv olub, sıradan çıxdı. İnamsızlıq, torpağa və övlada, ailəyə məhəbbət dəyişdi. Kənddə genetik pozuntular-zədələnmələr baş verdi. Nəsillər arasında bağlılıq itib, sıradan çıxdı. Araşdırma materiallarına görə Privolnoye kəndinin son nəsil şəcərlərindən biri vaxtilə Sovet İttifaqına rəhbərlik edən, İttifaqı dağıdıb viran qoyan Qorbaçovlar nəsli olub. Kənddə bu nəslə quduz nəsil deyirdilər.
Araşdırma materiallarına görə Mixail Qorbaçov həmin nəslin son yetirmələrindən biri olub. Privolnoye kəndində kilsə zəngini sındırıb, dağıdan da elə həmin nəsil olub. Privolnoye kəndi onun ana bətni - "nəsil bətni" olub. Biz genetik araşdırmalar apardığımız üçün, fikirlərimizi burada tamamlayırıq. Çünki fikrimiz Mixail Qorbaçov deyil. (Baxmayaraq ki, bu da ciddi və maraqlı mövzudur. Çünki Qorbaçovlar nəslindən çıxan və sonu faciələrlə tamamlanmış onlarla qız müsəlman ailələrinə gəlin köçüb. Çirkli, əxlaqsız və Allahın qəzəbinə gəlmiş bu nəsillər içərisində boy atanlar, doğub-törəyənlər rayonun bütün demoqrafik mühitini pozub, genetik "formulunu" dəyişdi. Əgər ərazidə pisliyə doğru hansı dəyişmələr baş verirsə, onu itirilmiş genetik köklərdə axtarmaq kifayətdir.)
Azan səsinin möcüzəsi
Professor D.S.Bakunun islam dinində Azan səsini yer üzündə ən müqəddəs, ən ciddi və ləkə götürməyən bir səs adlandırırdı. Professor 1950-ci ildə qadağan olunmuş "Genetik oyanış..." adlı məqalələr toplusunda qeyd edir. "...Azan səsilə dünyanı başına götürmüş ən ciddi xəstəlikləri sağaltmaq mümkündür. Ürək ağrılarını, qan təzyiqlərini, beyin və baş ağrılarını... bu səslə sağaltmaq və yaxud nizama salmaq mümkündür. Azan səsi insan orqanizmini fasadlardan təmizləyən və qan dövranına nəzarət edən ilahi vergidir. Azan səsilə oyanan nəfəs alan, qurub, yaradan... ana olmağını dərk edən qadın üçün ən ciddi tərbiyədir. Ana bətnində onu eşidən uşaq qüdrətli, cəsarətli və elmli olur. Azan səsi bəşəriyyət üçün "genetik bir dərman"dır. Azan səsi geniş miqyasda baş verən intihar hallarını aradan götürür. O, güclü bir mənəvi-psixoloji dayaqdır. O, təkcə müsəlman aləmini namaz qılmağa çağırmır. Azan səsi insanları qurub-yaratmağa, təmizliyə, hər hansı bir düşmənə qarşı amansız olmağa çağıran səsdir... "
Tədqiqat materiallarından məlum olur ki, bu səs bu günədək dünyanın bir sıra ölkələrində hakimiyyət və dövlət rəhbərləri üçün açılmayan sirr kimi qalır. (Ola billsin, vaxt-zaman gələr bu səslə-azanla bağlı dissertasiyalar yazılmış, tədqiqat əsərləri çap edilsin. Bu labüddür. Fikrimcə insan üçün elə bir vaxt və yaxud zaman vəhdəti gəlsin ki, Azan səsi onun üçün ən vacib və gərəkli səs olsun. Məsələn, ötən əsrin son əlli ilində dünyada ölüm yatağında olan və son nəfəsini gözləyən 293 nəfər amerikalı, 644 nəfər misir vətəndaşı, 126 nəfər fransalı, 204 nəfər almaniyalı, 93 nəfər yəhudi, 180 nəfər rusiyalı şəxs... və nəhayət 719 nəfər İran vətəndaşı... dirilib, yenidən həyata qayıdıb.) Maraqlıdır ki, rusların ilk himni kilsə zəngləri olub. Çar Rusiyasının xəfiyyə generalı İ.S.Samsunov rus kilsə zəngini "...rusların geneltik möhürü" hesab edib. Məlumata görə Böyük Britaniyanın hökumət "loja"sında sayılıb, seçilən S.Qodolfin (1702-1710-cu illərdə Baş Nazir olub). C.Rassel (1846-1852), E.Derbi (1866-1868), İtaliya kralı Viktor Emmanuel (1861-1878), ölkə prezidento D.Saraqat (1964-1971), Hindistanda Şah Cavan (1627-1658), Vatikandan VII - Kliment (1523-1534), ... keçmiş İttifaqın siyasi liderlərindən olan A.A.Qromıka, N.A.Kosıgin, D.Ustinov, L.İ.Brenjnev, Y.Romanov... Azərbaycanın bir sıra hökumət və dövlət nümayəndələri "Azan səsini dinləmədən yatağa girmirdilər. Və yaxud 1973-cü ilin may ayının 14-17-dək keçmiş İttifaqın Xarici İşlər naziri A.A.Qromıko Azan səsini dinləmək üçün Bakının Nardaran kəndində və Gəncənin İmamzadəsində olub. (Məqsədimizdən yayınmamaq üçün, fikirlərimi saxlayıram).
Vatikanda böyük dini-siyasi gücə malik olmuş XVI Qriqori 1838-ci ildə "Yer kürəsinin cədvəli" əsərində müsəlmanların Azan səsilə bağlı yazır: "...Beləliklə... Azan səsi haqqında sözüm var... Azan səsi insanın bütün əzalarına təsir edib, onu oyadır. Bu səsin öz fələsəfəsi var. Hələlik bu səsin fəlsəfəsi haqqında heç kəs danışmır. Azan səsi genetika üçün ən ciddi və mühüm tənlik sistemidir... "
Araşdırma materiallarına görə
Azərbaycanda Azan səsinə qarşı ilk hücum(yəni ciddi kütləvi bir hücum) 1953-cü ilin sentyabrın sonundan başladı.
N.S.Xruşşov hakimiyyətə gəldi. Onun hakimiyyətə gəlişindən bir gün ötmüş Orta Asiya regionlarında, Qafqazda, İttifaqın müsəlmanlar yaşayan digər ərazilərində, Azərbaycanda "Azan səsinin zərərləri" adlı konfrans keçirildi. Lakin bu boş və mənasız bir konfrans olduğundan yarımçıq qaldı. 1953-cü ilin məxvi sənədləri sırasında SSRİ MN-nin Baş Kəşfiyyat İdarəsinin "Cənub regionları" bölməsində (bu bölmənin Baş İdarəsi Bakının indiki Azadlıq Prospektində yerləşirdi. Bu bölməyə milliyyətcə tatar olan A.Narimanov başçılıq edirdi). hazırlanmış maraqlı arayışlar var. Məsələn kəşfiyyat polkovniki E.M.Mixaylov respublikanın Cənub bölgəsində apardığı maraqlı tədqiqat yekunlarını əhatə edən bir neçə arayış hazırlayır. Həmin "Məxvi Arayış"ların" biri Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarını əhatə edirdi. Polkovnik iddia edirdi ki, "...bu rayonlalrın demoqrafik mühitini pozmasaq, orada dünyaya yeni bir nəsil gələcək. Bu elə bir nəsil olacaq ki, onlar ən adi bir məsələnin həllində problemlər yaradacaq. Doğulan nəsil Azan səsi altında genetik inkişaf etdiyindən onların güclü yaddaşı olacaq, xəstəliklərə qarşı çox həssas və güclü olmaqla yanaşı, hansı millətə mənsub olmalarını tek anlayacaqlar. (Mən bunu anlamadım. - R.N.). Azan səsi altında doğulan bu nəsil ölkənin əsas siyasi sütunlarından birinə çevriləcək. Bu bizə lazımdırmı?... "
Aparılan kiçik araşdırmalardan sonra məlum olur ki, hələ 1953-ü ilin mart ayının 2-dən başlayaraq Lənkəran yaşayış məntəqəsindəki Viyan, Şürük, Şıxakəran kəndlərində 16 nəfər qadın ilk doğuşlarını Azan səsi altında tamamlayıb. Ölüm və şikəstlik halları olmayıb...
Əslən Moskvadan olan akademik M.Ş.Safonov "Yazdığım xatirələrdən birincisi" adlı qeydlərində (Moskva, 1955-ci il.) Göstərir ki, Azan səsi regionda dünyaya gələn uşaqlar üçün məktəb olaraq qalır. "Azan səsi həm təhsildir, həm yoldur, həm də həyat gələcək üçün həmin uşaqların proqramı idi..." - deyən Akademik bunu da xatırladır ki, mənim ilk nəvəm Yuri Safonov (sonradan o, ölkənin ən güclü toksikoloqu olacaq) Astaradakı Şimdan Qalası ərazisindəki Güləbut kəndində, molla Mir İsmayılın oxuduğu Azan səsi altında dünyaya gəlib...
Tədqiqatımıza görə bundan sonra akademik M.M.Safonova partiya cəzası verilir... Həmçinin ona Azərbaycanın Cənub zonalarına getmək qadağan olunur. Sənədlər içərisində maraqlı açıqlamalar var. Məsələn məlumata görə 1954-cü ilin martın 12-də Moskvada, Kremldə "Azərbaycada Azan səsi və onun insan psixologiyasına vurduğu ziyanla bağlı (?) xüsusi yığıncaq keçirilir. Bu qapalı yığıncağın materialları hələlik təhlil olunmayıb. Məsələn rus alimi, uzun müddət Cənub zonasında genetik araşdırmalar aparan professor İ.S.Belomur adlı birisi iddia edirdi ki, Azan səsi insanın ""geneltik düşmənidir..." (?). Azan səsi doğulan uşaqları şikəst və yaralı qoyur. (?) Peofessor İ.S.Belomur Kremlə ünvanladığı "Arayış"da yazır: "...Azan səsinin tərətdiyi fasadlara gəlincə, Azərbaycanın cənub bölgəsndə doğulan yeni nəsillər arasında şikəstlik, psixi pozğunluq halları xeyli artıb. Regionun Lənkəran yaşayış mənqətəsində doğulan iyirmi beş uşağın 14-ü şikəst, olub. Masallı yaşayış məntəqəsində isə dünyaya göz açan 13 uşaqdan 7-si sonradan ölüb, sıradan çıxıb..."
professorun məntiqsiz və heç bir əsaslı olmayan bu ittihamına, o vaxt Kreml iclasında iştirak edən, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri, xalq yazıçısı Mirzə Əjdər oğlu İbrahimov sərt bir cavab verdi: "...Professor İ.S.Belomur yoldaş yanlış mövqedədir. Bəs nə üçün o demir ki, Siyasi Büro üzvlərindən üç nəfərinin gəlini məhz Lənkəranda dünyaya göz açıb. Azan səsini eşidən gəlinlərdən biri... islamı, yeni müsəlmançılığı qəbul edib. Məlum olub ki, azan səsi həmin gəlini depressiyadan və mənəvi çətinlikdən xilas edib... Başqa bir tamaşasında isə yoldaş Belomur iddia edir ki, Azərbaycanın Cənub bölgəsində azan səsi qadağan olunsun, Azan deyən din xadimləri ərazilərdən çıxarılıb, uzaqlara göndərilsin. Yoldaş Belomur düşmən olmasa da o, bir daha özünü Azərbaycan xalqının düşməni kimi tanıtdı. Xatırladım ki, Azərbaycanda onlarla kilsə var. Xristianlar bu kilsələrdə ibadət edir. Deyim ki, həmin kilsələri yerli müsəlmanlar qürub, inşa edib. Həmin kilsələrin zənglərini yerli müsəlmanlar asıb. O kilsə zəngləri insanlara rahatlıq verir. Hələ indiyədək bir müsəlman din xadimi olmayıb ki, kilə zənglərinin əleyhinə olsun. Bu mümkün deyil. İnsanlar regionda öz övladlarını başqa dinlərə hörmət və ehtiram çərçivəsində böyüdür. İndi necə olsun... Azan səsini kəsmək üçün heç kəsin gücü yetməz. Biz kilsə zənglərinə hörmət göstəririksə siz nə üçün və hansı səbəbdən Azan səsindən qorxursunuz... yoldaş Belomur... Azan səsi olub, var və olacaq. Qaldı din xadimlərinə. Azərbaycan təkcə 1949-1950-ci illər ərzində 672 din xadimini heç nədən itirib. Bu Stalin siyasəti idi. Necə başa düşək, o siyasət yenə davam edirmi?.."
Akademik M.İbrahimovun bu sərt çıxışı onun heç bir cildinə salınmayıb. Mətn əldə olunmadığından tədqiqatçılar onu şərh etməyib...
Araşdırma materiallarına görə rusiyalı bioloq profesor İqnat Baqratinoviç Krımov 1955-ci ilin iyun ayında “Azan səsi və genetikaya təsir...” elmi tədqiqat işilə bağlı Azərbaycan dövlətinin başçısı İ.Mustafayevə məktub ünvanlayır. Alim İ.B.Krımov məktubunda göstərir ki, bu səs və çağırış ilahi bir yürüşdür. O, yazır: ”...Mən Azərbaycanı sevən və onu öyrənən bir alim kimi çox möcüzələrin şahidi oldum. Azan səsi ən böyük möcüzələrdəndir. Bu səs insanların birbaşa “genetik toxumaları”na təsir edir, qan hüceyrələrini oyadır, onların zədələnməsinin qarşısını alır. Mən Bakı bağlarında Azan səsilə gül açan çiçəkləri gördüm. Azan səsilə ildırım vurmuş ağacların yenidən dirçəlməinin, kəsilmiş yaraların bitişməsinin... şahidi oldum. Mən bütün bunların şahidi oldum. Lakin ən böyük möcüzələrdən biri bu idi ki, Azan səsi məni tutulduğum beyin xəstəliyindən xilas etdi...!
Üstündə işlədiyimiz “Azərbaycanın genetik xəritəsi”ndə göstərilən və qeyd olunan məsələlərdən biri budur ki, bu xəritədə Allahın 101 adı var. Qeyd olunan hər bir ərazinin və yaxud yaşayış məntəqəsinin üstündə bu adlardan birinin adı həkk
Olunub. Araşdırma materiallarında daha ciddi bir məsələ var. Məlumata görə 1954-cü ilin may ayının 7-də Böyük Britaniya Krallığının maliyyə dəstəyilə Azərbaycanın “Şah damarlarından biri...” (Professor M.B.Utkin) sayılan Kür çayını öyrənmək üçün Londondan tədqiqatçılar qrupu gəlir. Bu qrupa ölkənin Mİ-6 kəşfiyyat polkovniki Nusey Helmes adlı ixtisasca genetik olan bir mütəxəssis başçılıq edir. SSRİ MN-nin BKİ-nin generalı A.S.Ananinin şəxsi qovluğunda maraqlı açıqlama var. General yazır ki, bu məsələni ingilislər hələ 1952-ci ildə qaldırmışdılar. Lakin o vaxt ölkəyə başçılıq edən İ. Stalin buna razılıq verməmiş, ingilislərin gəlişinə etiraz etmişdi. Generalın şəxsi qovluğunda saxlanılan altı saylı “Məxvi Arayış”ında oxuyuruq:
“....Azərbaycan dünyasının ən güclü və müqəddəs torpaqlarından biridir. Hər bir dövlət cəhd edirdi ki, bu qızıl tacı başına qoysun. İngilis alimlərinin hər birinin kəşfiyyat rütbəsi var idi. Onlar “Mİ-6 kəşfiyyat İdarəsinə bağlı olan və bu idarənin nəzarətində fəaliyyət göstərən “Genetik öyrənmələr və təhlillər” elmi-tədqiqat institutunun əməkdaşları idi. Biz bunu əvvəlcədən bilirdik. İngilis alimlərini maraqlandıran nə idi? Onlar Kür çayını, onun məcrasını və sahillərində yaşayan insanları, ailə və nəsil qruplarını, ... öyrənmək, tədqiq etmək üçün gəlmişdilər...”
Biz burada generalın fikirlərini, yazdıqlarını təhrif etmədən, heç bir əlavə olunmadan öz sözlərimizlə şərh etməyi üstün bildik. General həmçinin islam dinini, onun tarixini, ərəb dilini və Quran oxumağı mükəmməl bildiyindən bu
iş ona həvalə edilmişdi. O yazır ki, ingilirslər Kür çayının Yevlax yaşayış məntəqəsindən Sabirabad ərazisinədək (nəşriyyat sənədlərində bu yerlər “Suqovuşan” adlanır.) Olan yatağının məcrasını oxudular. (Çünki generalın açıqlamasına görə ingilis polkovniki Nisey Helmes də ərəb dilini, islamı gözəl bilirdi.)
İngilislər iddia edirdilər ki, Kür çayının Yevlaxdan Suqovuşan ərazisinədək uzanan məcrası ərəbcə yazılmış mükəmməl bir duadır. Onun müqəddəsliyi də elə, ərəbcə yazılmış yatağındadır.
Mən burda yenidən rus generalı A.S.Ananinin şəxsi yazışmasına, qeydlərinə qayıtmağı üstün bildim. General yazır: “...İngilis tədqiqatçılarından öncə, biz Kür çayının sığındığı o yatağı-duanı oxumuşduq. Bu Qurandan yazılan və Allahın ən ehtiramlı dualarından olan “Ayətül-Kürsü” duası idi. Kür çayı “Ayətül-Kürsü” duası yazılmış bir yataqla axırdı. Mən onu da gördüm ki, ingilislərin tədiqat qrupuna başçılıq edən Nisey Helmes bundan sonra Kür çayının sahilində dizlərini yerə qoyub, ona necə sitayiş edir. O, həm də Kür çayının sahilində xeyli dayanıb öz xalqına dualar etdi...
Kürlə Araz çayının qovuşduğu ərazi bizim məxvi sənədlərdə “Allahabad” adlanır. Nə üçün biz bu adı seçdik? Bu ad ərazinin qədim adıdır. Azərbaycan tarixindən bu ad çıxarılıb. Kür Araz çayı ilə o yerdə biri-birinə qovuşur ki, orada “Allah” sözü yazılır... Maraqlısı bu idi ki, ingilislər “Ayətül-Kürsü”nü əzbərdən bilir və qonağı olduqları hər bir ailəyə bu duanı öyrənməyi məsləhət bilirdi. Nisey Helmes iddia edirdi ki, bu duanı bilən həmişə güclü və Kür çayı qədər cəsarətli olur. Bu onun bənzətməsi idi...”
Fikrimcə Kür çayı sanki axıb keçdiyi yaşayış məntəqələrinə xəbərdarlıq edir: “...Allah həmişə diridir, oyaqdır və əbədidir... Gizlin və aşkarı bilən odur. Onun icazəsi olmadan heç kəs şəfa tapa bilməz. Bütün varlıqlar ona məxsusdur. O, elmli olanı, xeyrxah və yaxşı işlər görəni... sevir...” (“Ayətül-Kürsü”dən) Araşdırma materiallarına görə Kürlə Araz çayının qovuşduğu ərazidə ilk Azan səsi eşidilib. İndiki Əsgərbəyli yaşayış məntəqəsində (keçmişdə bu yerlər “Gül çeşməsi” adlanıb) ilk Azanı isə Şeyx Şövqizadə oxuyub. (Bununla bağlı əlavə materialımız olacaq). Rus generalı A.S.Ananinin də sözlərini unutmaq olmur. O, yazırdı ki, Qurani-Kərimin bütün ayələri Azərbaycan torpağına səpələnib. Bu torpağın sirri də bundadır. Bu sirri açmaq, öyrənmək üçün Azərbaycan torpaqlarının başına min bir fəlakət gəlib. Bu fəlakət hələ bitmir... Çünki bizlər bu torpağı, Allahın yaratdığı və bizim üçün ayırdığı bu müqəddəs məkanı doğru-düzgün öyrənə bilmədik... Bu da bizim faciəmiz olaraq qalır...
Araşdırma materiallarına görə Kür və Araz çayları Azərbaycanın “Genetik xəritəsi”nə girmək və onu öyrənmək üçün bir açardır. Bu genetika Kürlə-Araz çaylarının məcrasından, sahillərindən başlanaraq, Xəzər dənizində bənd alır. Məlumata görə rus kəşfiyyat generalı, professor A.S.Ananin ağır xəstəlikdən əziyyət çəkdiyindən işindən ayrılmalı olur. Ona iyirmi beş il susmağı, işi haqqında danışmamağı tapşırırlar. Bunun üçün ondan iltizam da alırlar. General
daimi yaşamaq üçün, (həyatının sonuna qədər) Kürlə Arazın qovişduğu yerə gəlir. Əsgərbəyli yaşayış məntəqəsində yaşayır və 1957-ci ilin avqustun 22-də vəfat edir... Həmin kənddə də dəfn olunur.
Araşdırma materiallarına görə Azərbaycanın “Genetik xəritəsi” dünyanı həmişə narahat edib. Kreml bu xəritəni zaman-zaman, vaxtbuvaxt vurub dağıdıb, onun nizamını pozub. İndi onu bir yerə yığıb, yenidən bərpa etmək çətindir. Genetik xəritəmizə görə bizim öz “genetik ölçülərimiz” var. Əslində bu genetik ölçülərimiz əlimizdən alınıb, it-bata düşüb. Məsələn, mən bütün bunları necə anlayım ki, bəzi yaşayış məntəqələrində vəfat edənləri qadınlarımız dəfn edir? Bu hal Gürcüstan Azərbaycan kəndlərində geniş şəkildə müşahidə olunmaqdadır. Kişisi olmayan, kişisini qorumayan kənd həmişə lənətlənib.
Başqa bir araşdırma materialında isə göstərilir ki, 1955-ci ilin yanvar ayının 20-dən Kreml Azərbaycanın “Genetik Xəritəsi”nə qarşı yeni bir strategiyanı məxvi qaydalarla hissə-hissə həyata keçirməyə başladı. Bu məxvi strategiya üç hissədən ibarət idi:
1.Azərbaycanın yaşayış məntəqələrində ruhi, yəni psixi xəstələrin sayını artırmaq.. Yeni xəstəxanaların sayını artırmaq. 2. Əsl azərbaycanlıya məxsus genetik ölçüləri (kodları) dağıtmaq. Yeni doğulan iuşaqları ana südündən məhrum etmək.
3. (üçüncü hissəni açıqlaya bilmədim).
Amma dəxli yoxdur. Bütün bunları şərh etmək mənim vətəndaşlıq borcum olaraq, qalır...
(Ardı var)