Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Azərbaycanda - müşahidə olunan faktiki hava açıqlandı

Aprelin 2-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.

Yenixeber.org: Ekologoya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən, düşən yağıntının miqdarı Şərurda 6 mm, Ordubad, Sədərəkdə 5 mm, Naxçıvanda 4 mm, Ağdam, Altıağac, Neftçalada 3 mm, Balakən, Oğuz, Şamaxı, Mərəzə, Beyləqan, Salyan, Biləsuvar, Yardımlı, Astara, Şahbuzda 2 mm, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Bərdə, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Xınalıq, Şabran, Şahdağda 1 mm, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Maştağada 4 mm, Bakı, Zabratda 3 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm-ə çatıb.

Sumqayıt, Göygöl, Naftalan, Xaçmaz, Quba, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş 200 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi arabir Naftalan, Gəncədə 18 m/s, Salyanda 17 m/s, Şərur, Şəmkirdə 16 m/s-dək güclənib.

Aprelin 1-də temperatur Bakıda iqlim normasından 6 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-20, aran rayonlarında 18-23, dağlıq rayonlarda 13 dərəcəyədək isti, Naxçıvan MR-da 12-19 dərəcə isti olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam