Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Cəbrayıl şəhərinin baş planını da bu şirkət hazırlayacaq –3,6 milyon manata…

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Cəbrayıl şəhərinin baş planının hazırlanması işlərilə bağlı keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yenixeber.org: Tender müsabiqəsinin qalibi Böyük Britaniyanın “Chapman Taylor LLP” şirkəti olub.
Cəbrayıl şəhərinin baş planının hazırlanması üçün “Chapman Taylor” şirkətinə 3 milyon 644 min 888 manat 89 qəpik ödəniləcək. Cəbrayıl şəhərinin baş planının hazırlanması işləri 16.09.2021-ci il tarixində başlayıb 16.09.2022-ci il tarixində başa çatacaq.
Məlumat üçün bildirək ki, “Chapman Taylor LLP” bu ilin may ayında Şuşa şəhərinin baş planının hazırlanması işlərilə bağlı keçirilən tender müsabiqəsinin də qalibi olub.
Şuşa şəhərinin baş planının hazırlanması üçün “Chapman Taylor” şirkətinə 3 milyon 941 min manat ödəniləcək. Şuşa şəhərinin baş planının hazırlanması işləri isə 21.05.2021-ci il tarixində başlayıb 21.07.2022-ci il tarixində başa çatacaq.
Qeyd edək ki, “Chapman Taylor LLP” şirkəti 1959-cu ildə İngiltərədə qurulub. Avropa, Asiya və Yaxın Şərqdə memarlıq və dizayn sahəsində bir çox layihələrə imza atıb.
Şirkətin ilk layihəsi London Polis İdarəsi (“New Scotland Yard”) olub.  
Onu da bildirək ki, “Chapman Taylor” daha əvvəl Azərabyacanda bir sıra layihələrə imza atıb.
Bakının ən böyük ticarət və əyləncə mərkəzlərini “Chapman Taylor” layihələndirib. Dənizkənarı Bulvarda yerləşən “Dəniz Mall” ticarət mərkəzi 2007-ci ildə “Paşa İnşaat” şirkətinin sifarişi əsasında “Chapman Taylor” şirkəti tərəfindən dizayn olunub. Mərkəz dizayn olunarkən Azərbaycan gerbinin səkkizgüşəli ulduzu və Dənizkənarı Bulvarın simvolu hesab olunan “Mirvari” kafesinin görüntüləri əsas alınıb.
“Chapman Taylor” şirkəti tərəfindən açıqlanan məlumatda qeyd olunurdu ki, “Dəniz Mall”un daxili dizaynı sonradan dəyişdirilib. Daha əvvəl bu tikilinin ticarət mərkəzi olarak fəaliyyət göstərməsi nəzərdə tutulmayıb. Bina konqres mərkəzi olarak dizayn olunub. Lakin, binanın tikintisi gecikdirilib və 2016-cı ildə daxili dizaynı dəyişdirilərək ticarət və əyləncə mərkəzinə çevrilib.
Məlumat üçün onu da bildirək ki, “Dəniz Mall” “Chapman Taylor”un Bakıda dizayn etdiyi yeganə tikili deyil. “Chapman Taylor” daha əvvəl də “Paşa İnşaat” şirkətinin sifarişi əsasında Bakıda “Port Baku Tover” adlı iş mərkəzi və “Gənclik Mall” adlı ticarət və əyləncə mərkəzini layihələndirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam