Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Fərəc Quliyevdən MSK-ya növbəti şikayət-"...seçkiyə inamsızlıq yaradır”

 31 saylı Suraxanı ikinci dairəsindən deputatlığa namizədliyini irəli sürən təhsil eksperti Etibar Əliyev də həmin dairədən növbəti dəfə mandat qazanmaq istəyən Fərəc Quliyevdən Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət edib. 

Yenixeber.org: Bu barədə Etibar Əliyevin özü bildirib. Onun sözlərinə görə, şikayəti Fərəc Quliyevin həmin dairədən namizədliyini irəli sürmüş blogger Mehman Hüseynova şirinikləndirici təkliflər etməsilə bağlıdır.  “Fərəc Quliyevin əməlində ciddi qanun pozuntusu var. Hətta bəlkə cinayət tərkibi də var, bunu hüquqşünaslar yaxşı bilər. Ona görə də Mərkəzi Seçki Komissiyasına müraciət şikayət etmişəm. Bununla yanaşı Baş Prokurorluğa da faktı araşdırmaq üçün müraciət hazırlayıram”, -deyə Etibar Əliyev vurğulayıb.

Təhsil eksperti əlavə edib ki, Fərəc Quliyevin əməli ölkədə elan olunan islahatlara böyük zərbədir. “Ölkədə bütün sahələrdə islahat elan olunub. Belə bir situasiyada Fərəc Quliyevin qol verdiyi qanun pozuntuları seçicilərdə ciddi narazılıq yaradır. Onsuz da Fərəc Quliyevin 31 saylı Suraxanı ikinci seçki dairəsində nüfuzu yox idi. Mandatını götürüb getmişdi. 

Mehman Hüseynovla bağlı baş verən hadisə isə heç bir dairədə baş verməyən, analoqu olmayan bir olaydır. Ümid edirəm ki, müvafiq qurumlar məsələni araşdırıb uyğun qərar qəbul edəcəklər. 

Onu da qeyd edim ki, indiyə qədər bu dairədə namizədlərin təbliğat və təşviqat kampaniyasına heç bir maneə olmayıb. Sərbəst şəkildə kampaniya aparırıq. Təəssüf ki, Fərəc Quliyev kimilər öz qanunsuz əməlləri ilə həm seçicilərdə, həm də namizədlərdə narazılıq, seçkiyə inamsızlıq yaradır”, - deyə Etibar Əliyev bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam