Redaktor seçimi
Ucarın icra başçısı  “DOST” Mərkəzi ilə belə "dostluq" edir:
BALABABA, SEYFƏDDİN Və ŞİRİNOV “Üçlüyü”- Azərenerjidə Etiraz Dalğası Yaradır… -
ABŞ – İsrail: Böyük Orta Şərq Layihəsində  məxfi “islam inqilabı “planı(?)(!) -
Direktorun islahatı Tədris Cərrahiyyə Klinikasını “batırır” -
Avropa qaçqınların pulunu kəsir: 
Hindistanın “yumşaq gücü”: 
ADAU-nin rektoruna "DUR" deyən taılacaqmı?! -
NAZİR DƏYİŞDİ, “TENDER KRALI” YENƏ HEÇ KİMƏ AMAN VERMİR... – Elsəvər Ağayev və qudasının şirkətləri hələ də “səhiyyə bazarının” əsas oyunçularıdır-
Günün xəbəri

Həyatdır kartını açıq oynayan...

 *****

Həyatdır kartını açıq oynayan,
Kimsəni meydana bərkdən səsləməz.
Öyünüb sözünü açıq oylayan,
Oynayar kef üçün nifrət bəsləməz...
*****
Mənimdir qaydalar buyurun baxın,
Var olan hünərli desin sözünü.
Mən sənin özünəm duyurun baxın,
Çıxarıb qoyaram, beşin gözünü...
*****
Bezərsən, canından uzaq olarsan,
Ruhunda boyalar rəngbərəng olar.
Sevdiyin dostuna tuzaq qurarsan,
Hər rəngi mənimlə həmahəng olar...
*****
Həyatdır dediyin bax belə olur,
Tanıya bilməzsən cismin necədir.
Zərbəni özünə öz ruhun vurur,
Sən baxıb görərsən gündüz gecədir!..
*****
Ey insan! mənimlə meydan sulama,
Şuar tək bu sözü söyləyər həyat.
Sevirsən sev məni, quyruq bulama,
İzaq ol, nifrətdən gözləyər həyat!...
*****
Bir azca yaxın ol, Allahına sən,
Düşün ki, sən axı niyə yarandın?!
Bilirsən? Bu həyat bir imtahandır,
Var idi hər şeyin, niyə talandın?!...
*****
Yazdım mən, sözümü bilsin anlayan,
Misralar maraqlı düşünən gərək!...
Dan yeri sökülər, xoruz banlayan,
Yaxşılar pisə tox, olmasa kələk...
Təranə Şəms.8.05.2023

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam