Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İstanbulda ÜST-ün ofisi açılacaq-AÇIQLAMA

 

                            İstanbulda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ofisi açılacaq.

Yenixeber.org: Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Ankarada səfərdə olan ÜST-ün  Avropa üzrə direktoru Hans Kluge ile birgə keçirilən mətbuat konfransında bildirib.

F.Qoca deyib ki, bu ofis İstanbulda ÜST-ün Avropa bölgəsi üzrə yeni növ koronavirusla (COVİD-19) mübarizə başda olmaqla səhiyyə ilə bağlı mühüm xidmət mərkəzi olaraq fəaliyyət göstərəcək.

Nazir deyib ki, bununla əlaqədar H.Kluge ilə imzalanacaq sazişdən sonra ofisin ən qısa zamanda fəaliyyətə başlaması üçün hazırlıqlar görüləcək.

Nazir Türkiyə Səhiyyə Nazirliyi nəzdində yaradılan Elm Qurumunun ÜST-ün tövsiyələrinə ciddi şəkildə əməl etdiyini də vurğulayıb.

H.Kluge bildirib ki, “postcovid” mərhələsində səyahət məhdudiyyəti aradan qaldırıldıqdan sonra ilk səfəri Türkiyəyə olub.

Pandemiya hələ bitmədiyi üçün hazırlıqlı olmağın vacibliyindən danışan H.Kluge ÜST rəsmisi kimi pandemiya başlayandan indiyədək Türkiyədə infeksiyaya yoluxma nisbətinin 75 faiz azalmasını, yaşı 65-dən yuxarı olanlara humanist mövqe nümayişini təqdir edib.

H.Kluge Türkiyənin COVID-19-la mübarizdə başqa ölkələrə dəstəyinə görə də təşəkkür edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam