TƏBİB məlumat yaydı:

Azərbaycanda koronavirusla bağlı 21 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Yenixeber.org: Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.Bildirilib ki, bu gün koronavirusa görə 4947 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 422 min 49-a çatıb.Reanimasiyada olan xəstə sayı 165, süni tənəffüs cihazında olan xəstə sayı 37-dır.
Hazırkı dövrədək ölkəmizdə 12729 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 6799 nəfər müalicə olunaraq sağalıb, 154 nəfər vəfat edib. Aktiv xəstə sayı 5776 nəfərdir.