Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Hökumət verdiyi sözü yerinə yetirmir -Təbrizli deputat

 

 


Prezident Həsən Ruhaninin rəhbərlik etdiyi hökumət Azərbaycan dili institutunun açılmasına şərait yaratmalıdır.

Yenixeber.org: Bu sözləri İran İslam Şurası Məclisinin (parlament) Təbrizdən seçilmiş deputatı Əhməd Əlirza Beygi deyib. İran Aşıqlar Birliyinin konfransında çıxış edən deputat diqqətə çatdırıb ki, prezident seçkiləri ərəfəsində Təbrizə səfər edən Həsən Ruhani seçicilərə Azərbaycan dili institutunun açılacağı haqqında söz vermişdi. H.Ruhaninin rəhbərlik etdiyi hökumət verdiyi sözü tutmalıdır.

Ə.Beygi bildirib ki, dil institutunun açılması İranın mədəniyyətinin zənginliyini göstərəcək. Onun sözlərinə görə, Azərbaycan dili müxtəlif ölkələrdə yaşayan xalqların bir-biri ilə ünsiyyətində işlədilən dildir. Bu səbəbdən də Azərbaycan dili institutunun açılması İranın mədəniyyətinə zənginlik bəxş edər.

Xatırladaq ki, 2013-cü ildə İranda keçirilən prezident seçkilərində namizəd olan Həsən Ruhani Təbrizdə seçiciləri ilə görüşündə bildirmişdi ki, seçiləcəyi təqdirdə Təbriz Universitetində Azərbaycan dili fakültəsinin açılması haqqında sərəncam verəcək.(azertac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam