Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Naxçıvanın məşhur şirkətində "KaMaz" qalmaqalı -Maşınları kim satıb?

"Naxçıvan-Əcəmi Tikinti-Quraşdırma" Açıq Səhmdar Cəmiyyətində (ASC) qalmaqal yaşanır. 
Yenixeber.org: Redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, ASC-nin rəhbəri Əhməd Bünyadov səhmdarlardan xəbərsiz şirkətin balansında olan avtomaşınları satıb.
Onun bu addımı narazılığa səbəb olub. Konkret olaraq Səfərov Səməd Sadiq oğlu adlı səhmdar bununla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Kommersiya Məhkəməsində iddia qaldırıb. Onun iddia tələbi maşınların geri qaytarılması, ASC-dəki payının və xalis mənfəətinin ona verilməsi ilə bağlıdır.  
Naxçıvan MR Kommersiya Məhkəməsi onun iddiasını təmin etməyib. Səməd Səfərov apellyasiya intstansiyasından da məğlub ayrılıb. Lakin hüquqi mübarizəsini dayandırmayıb. O, Naxçıvan MR Ali Məhkəməsinə kassasiya şikayəti verib. 
Səhmdarın şikayətinə hakim Səxavət Bəylərlinin sədrliyi ilə baxılacaq. Fevralın 19-na iş üzrə məhkəmə baxış iclası təyin edilib. 
Məlumata görə, Səməd Səfərov ASC-də hər biri 5000 AZN dəyərində olan 19 səhmə sahibdir. Həmçinin satılan avtomaşınlar da onun istifadəsində olub. 
Səməd Səfərovun baş verənlərlə bağlı müraciəti də var. "Bünyadov Əhməd Səfər oğlu 2017-ci ildən indiyə qədər səhmdarların yığıncağı keçirilmədən, mənim biləvasitə xəbərim olmadan avtomaşınları özəlləşdirərək satıb", deyə səhmdar mediaya müraciətində bildirib. 
Məlumat üçün deyək ki, "Naxçıvan-Əcəmi Tikinti-Quraşdırma" ASC Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 5, məhəllə 35-də qeydiyyatdadır.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam