Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Ağdamın Nəmirli kəndinə ilkin mərhələdə 179 ailənin köçürülməsi planlaşdırılır

 

Ağdam rayonunun Nəmirli kəndinə 3036 nəfərin köçürülməsi planlaşdırılır, bunun üçün 759 fərdi ev inşa ediləcək, ilkin mərhələdə isə kəndə 179 ailənin köçürülməsi nəzərdə tutulub.

Yenixeber.org: Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə kəndin təməlini qoyarkən Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.

Bildirilib ki, kəndin layihələndirilən ərazisi 211 hektardır, bu da Nəmirli və Şuraabad kəndlərinin ərazisindən ibarətdir. Birinci mərhələdə layihələndirilən ərazi 50,22 hektardır.

İlk mərhələdə tikiləcək 179 evin 36-sı ikiotaqlı, 90-ı üçotaqlı, 44-ü dördotaqlı və 9-u isə beşotaqlı olacaq. Bundan başqa, kənddə 528 şagird yerlik məktəb binası, 80 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi, kitabxana, qonaq evi, ticarət mərkəzi, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu, bazar kompleksi yaradılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam