Redaktor seçimi
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Günün xəbəri

Beyrutda iğtişaşlar zamanı 238 nəfər yaralanıb - YENİLƏNDİ

 

                   

           Livanın paytaxtı Beyrutda iğtişaşlar zamanı 238 nəfər xəsarət alıb.
Yenixeber.org: Bu barədə Qırmızı Xaç Cəmiyyətinin Livan ofisinin “Twitter” səhifəsində məlumat yayılıb.

Bildirilib ki, 63 nəfər yaxınlıqdakı xəstəxanalara aparılıb, 175 yaralı şəxsə hadisə yerində tibbi yardım göstərilib.

                                                               ***
Livanın paytaxtı Beyrut şəhərində iğtişaşlar zamanı xəsarət alanların sayı 172 nəfərə çatıb.

Bu barədə Livanın Qırmızı Xaç Cəmiyyəti məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alan 55 nəfər xəstəxanalara çatdırılıb, 117 nəfərə yerində tibbi yardım göstərilib.

                                                                   ***
Livanın paytaxtı Beyrut şəhərində hökumət əleyhinə keçirilən etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmalar baş verib.

Qarşıdurma zamanı azı 130 nəfər xəsarət alıb.

Livanın Qırmızı Xaç Cəmiyyətinin yaydığı məlumata əsasən, 28 nəfər xəstəxanaya yerləşdirilib, digər şəxslərə yerində tibbi yardım göstərilib.

Qeyd edək ki, aksiyalar parlament binasının qarşısında başlayıb. Polis hökumətin istefasını tələb edən aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam