Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ankarada -Azərbaycana dəstək aksiyası keçirilib


Bu gün Türkiyənin paytaxtı Ankara şəhərinin Ulus rayonunda Mustafa Kamal Atatürkün heykəli önündə Azərbaycana dəstək aksiyası keçirilib.
Yenixeber.org: Koronavirusla əlaqədar sosial izolyasiya tədbirlərinə uyğun keçirilən aksiyaya Ankarada yaşayan azərbaycanlılar və yerli sakinlər qatılıblar.
Aksiya zamanı ermənilərin, erməni lobbisinin və onların havadarlarının türk dünyasına, Azərbaycan və Türkiyəyə yönəlmiş təcavüzkar, işğalçı davranışları pislənilib.
Aksiyanın təşkilatçısı jurnalist Şeyda Nəsibli təcavüzkar Ermənistanın törətdiyi təxribatlarla bağlı tarixi faktları sadalayıb.
Aksiya iştirakçıları bu il iyulun 12-dən başlayaraq Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonu ərazisində törətdiyi hərbi təxribatı qınayıblar.
Aksiyada “Cansa can, qansa qan, biz hazırıq Azərbaycan”, “Qarabağ bizimdir, bizim olacaq”, “Xocalıya ədalət”, “Erməni işğalına son”, “Bir millət, iki dövlət” şüarları səsləndirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam