Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

XİN başçısı: -“Ermənistanın hərbi təcavüzünə gec-tez son qoyulacaq”

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələrinin aradan qaldırılması bizim üçün bir nömrəli prioritet istiqamətdir”.

Yenixeber.org: Bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazisində qanunsuz olaraq yerləşən xarici hərbi qüvvələr çıxarılmalıdır: “Azərbaycanın məcburi köçkünləri öz doğma yurdlarına qayıtmalıdır. Ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edilməlidir. Biz Azərbaycan tərəfi olaraq inanırıq ki, danışıqlar prosesi davam etməlidir. Bu məsələnin həll yolu danışıqlar prosesi ilə olmalıdır. Danışıqlar isə real və mahiyyəti üzrə aparılmalıdır. Danışıqlar imitasiya prosesi ola bilməz. Cənab Prezidentin qeyd etdiyi kimi, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən gözləntilər çoxdur. Onlar öz mandatlarına uyğun olaraq real prosesi həyata keçirməlidirlər. Yalnız təmas xəttində və ya iki dövlət arasında olan sərhəddə atəşkəs rejiminin monitorinqi ilə məhdudlaşa bilməz. Hesab edirik ki, danışıqlar prosesinin irəli aparılması üçün kifayət qədər uzun illər ərzində formalaşmış ciddi baza var".

"Ermənistan tərəfi başa düşməlidir ki, bu hərbi təcavüzə gec-tez son qoyulacaq. Ermənistan tərəfi düşünülməmiş siyasəti nəticəsində uzun illərdir bölgədə bütün inkişaf layihələrindən kənarda qalıb. Regionda zəmanətli uzunmüddətli tərəqqi və inkiişaf naminə Azərbaycan torpaqları azad edilməlidir. Azərbaycan mövcud vəziyyətlə heç vaxt barışmayacaq. Ermənistan tərəfi başa düşməlidir ki, danışıqları süni şəkildə uzatmaqla heç bir üstünlük əldə edə bilməyəcəklər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam